Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
***
Türkiyənin Van vilayətində 4 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerin 12,82 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, bu gecə İzmirin Buca rayonunda 3,9 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat yayılmışdı.