"Yeni dünya nizamı”na ehtiyacımız var - Bayden

Bəşəriyyətin 50 il əvvəl qurulmuş nizamı əvəz edəcək “yeni dünya nizamı”na ehtiyacı var.

Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

“Düşünürəm ki, əgər biz kifayət qədər cəsarətli və inamlı olsaq, dünyanı heç vaxt görülməmiş şəkildə birləşdirmək üçün real imkanımız ola bilər. Müharibədən sonrakı 50 il keçirdik, bu nizam çox yaxşı işləyirdi. Çox yaxşı işlədi, amma indi hər şey dəyişdi. Buna görə də bizim fərqli, yeni dünya düzəninə ehtiyacımız var”, - deyə Bayden vurğulayıb.

Baydenin sözlərinə görə, yaxın dörd-beş ildə qəbul edilən qərarlar yaxın bir neçə onillikdə baş verəcək hadisələri müəyyən edəcək. 

ABŞ prezidenti gələn il yeni müddətə yenidən seçilmək niyyətində olduğunu da təsdiqləyib, o, vitse-prezidenti Kamala Harrislə birlikdə seçkiyə getmək niyyətindədir.

Share on Facebook