Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb.
Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, Ərdoğan telefon danışığı zamanı Türkiyənin humanitar yardımının Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi və bölgədə atəşkəsə nail olmaq üçün səy göstərdiyini bildirib.
Ərdoğan həmçinin Türkiyənin daimi sülh üçün beynəlxalq mübarizəyə davam edəcəyini qeyd edib.