Paris İrəvanla silah satışını rəsmiləşdirir

Paris və İrəvan bazar günü Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Senatda bildirib.

“Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Sabah biz Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik”, - nazir bildirib.

Qeyd edilib ki, İrəvana xüsusilə hava hücumuna qarşı müdafiə vasitələri veriləcək.

Share on Facebook