Ukraynanın istədiyi oldu: 5 min rus hərbçisi geri çəkildi...

Rusiya 5 minədək hərbçisini Ukrayna ərazisindən çıxarıb. Sozcu.az xəbər verir ki, bu barədə yazı "Voll Strit Jurnalı" məlumat yayıb. Məlumata görə, Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması səbəbindən rus hərbçiləri Ukrayna ərazisindən çıxarılıb. Çıxarılan qoşunların konkret hansı istiqamətə göndərildiyi barədə məlumat verilməyib.

Bakıda ər arvadını öldürdü

Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Hərbçilərin olduğu maşın partladıldı: 12 ölü, 9 yaralı

Somalidə terrorçular hökumət qüvvələrinə məxsus avtomobili partlatladıb. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilib ki, Somalinin cənubunda, yol kənarında hökumət qüvvələrinin pikapını hədəf alan partlayış nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb. Qeyd edək ki, hücuma görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması üzərinə götürüb.

İrəvanda atışma: yaralanan var

Ermənistanın paytaxtı İrəvanda atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Hadisə zamanı 29 yaşlı David Ş. yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı açıqlanmayıb.

Qaradağdakı ölümlə nəticələnən qəza ilə bağlı rəsmi məlumat

14:35 Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub. Sozcu.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub. Bunun ardınca daha 3 maşın bir-birinə dəyib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. *** Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:15 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan kişi cinsli şəxs aşağı ətrafın travması diaqnozu ilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə olunub. Xəsarət alan digər şəxsin (qadın cinsli) isə həkiməqədər ölümü qeydə alınıb.

Müsavata niyə səs verək?

Rusiyanın vəziyyəti pisləşdikçə ətrafında olanlardan daha çox şey istəyir. Putinin Azərbaycana səfəridə kiçik bir hadisə deyil. Ən azından cibi boş getməyəcək. Gələk parlament seçkilərinə! Qısa və konkret deyirəm: rus imperiyası zamanında olduğu kimi "Ali Sovet" formalaşır. Rusiyaya sədaqət göstərən adamlar parlamentə doldurulur. "Yol çəkəcəm", "körpü tikəcəm", xeyiriyyəçi", "əl tutan"  kimi adlarla gələn içi boş namizədləri boş verin. O adamlar mal - mülklərinin, iş - güclərinin qorxusundan müstəqilliyimizə qarşı olan təhlükələrin önünə keçə bilməyəcəklər. Məsələn: yaşadığım Ağsu rayonunda namizədlərin birinin vəkili həbs olunub. Namizəd öz vəkilinin hüquqlarını qoruya bilmir. Onu açıq müdafiə etmək cəsarətini özündə tapa bilmir, bu cür adamlar deputat mandatını əldə edəcəklərsə, seçici və dövlətçiliyi necə müdaifə edəcəklər? Bir balaca düşünün! Necəki 1918 -  ci ildə cümhuriyyətin təməlini Müsavat Partiyası və silahdaşları qoydu və dövlətçiliyimiz uğrunda istər ölkə daxilində, istərsə də mühacirət dövründə həyatlarını - hətta övladlarını qurban etdilər, bu gün də dövlətimizə və  müstəqilliyimizə qarşı Rusiya təhlükəsinin  önündə Müsavat Partiyası dayanıb. Müsavatçılar sizlərin və dövlətçiliyimizin varlığı və yaşaması naminə həyatlarını fəda edirlər. Bu insanlar hər zaman həbs oluna, hətta öldürülə də bilərlər. Sizlər bu insanları qiymətləndirməli deyilsinizmi? Müsavatçılara səs verin, haqqınızı sovunanlara dəstək olun ki, sabah döyməyə qapı tapa biləsiniz! Müsavatın namizədlərinin içində yaxşı tanımadığınız insanlar ola bilər, bəziləri maddi imkansızlıqdan  istənilən formada təbliğat qurmaya bilər, cünki bu adamların madiyyət arxasınca qaçmaq fikirləri olmayıb. Şəxsləri tanımasanız belə, bülletendə adlarının qarşısında yazılan Müsavat adı seçiminizə bəs edər. Müsavat hamınızın bildiyi kmi müstəqilliyimizin banisi, bayrağımızın səbəbkarı, dövlətimizin təməl təşkilatıdır. Bizlər nə sizi, nədəki dövlətimizi tək buraxmayacaq! Bizlər bunun üçün illər ön Şəhidlər Xiyabanında and içmişik. Andına, sözünə, yoluna sadiq olanlara dəstək olun, Müsavata səs verin! Yaşadığımız hər saat, hər dəqiqə tarixdir və bir gün mütləq öz vicdanımız qarşısında və tarix qarşısında səmimi hesabat verəcəyik. Həmin hesabatda gözlərimiz xəcalətdən yox, qürurdan dolsun. Bu Vətən bizimdir! Elşən Əlisoy

Bakıda yük maşını piyadanı vurub öldürdü

Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Elşən Mirzəyev idarə etdiyi "Hunday H 65" markalı yük avtomobili ilə yolu keçən Əlövsət Lətifovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Dövlət başçısı 3 nəfərə “general-mayor” ali hərbi rütbəsi verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, iki nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 9 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 99 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Dövlətimizin başçısının digər Sərəncamı ilə polkovnik Bəhmən Rza oğlu Babayevə, polkovnik Əyyub Vəli oğlu Məmmədova və polkovnik Nəsib Tahir oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Qəzza zolağında 115 körpə ölüb

İsrail ilə HƏMAS hərəkatı arasında müharibə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb. Məlumata görə, ölənlərin hamısı 8 aydan kiçik olub. Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 nəfər (42 %) var.

Xaçmazda qanlı gecə: Ata öldü, oğul yaralandı

Xaçmazda qətl törədən şəxs tutulub.  Xaçmaz rayon Prokurorluğundan Sozcu.az-a verilən xəbərə görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.  "Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib"-deyə məlumatda deyilir.  Klinikalar Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.  İbtidai istintaq davam etdirilir. 

Azərbaycanda toy və yaslarda xüsusi menyu olacaq?

Son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb. Son hadisələrdən biri də Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır. turbo az mercedes Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.  Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib.  Qeyd edək ki, mərasimlərdə bu kimi hadisələr ardıcıl xarakter alıb. Toy və yas mərasimlərində baş verən zəhərlənmələr bu problemin həllini zəruri edir.  İnzibati üsulla və təsdiqlənmiş menyu ilə bu problemin həlli mümkündürmü?  VI  çağırış Milli Məslisin deputatı  Fazil Mustafa “Cebheinfo.az”-a bildirib ki, bu, özəl sektorla bağlı məsələdir: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə çox ciddi yoxlamalar, araşdırmalar aparır. Təbii ki, bütün hamını nəzarətdə saxlamaq mümkün deyil. Ancaq bu sahədə müəyyən işlər tənzimlənir. Xüsusi menyunu necə müəyyən etmək olar? Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun  yaratmaq imkanı yoxdur. Burada sahibkarların məsuliyyəti artıq olmalıdır ki, ən azı köhnəlmiş məhsulları vətəndaşlara təqdim etməsinlər. Bu, hər hansı problemlərin yaşanmasına səbəbə olarsa, məsuliyyət daşıyırlar. Bu, xüsusilə də rayon yerlərində hiss olunmağa başlayır. Əslində hər kəs öz məsuliyyətini hiss etməlidir. Olduğu sahədə problemlərə, xidmətə daha ciddi yanaşmalıdırlar”.

Taksi qiymətləri 2 dəfə bahalaşdı: Sentyabrdan isə...

Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.  Məlumdur ki, yay mövsümüdür. Bakıda təhsil alan minlərlə tələbə tətildədir, həmçinin, yay ayları olduğu üçün məzuniyyətdə olan işçilərin də sayı çoxdur. Yəni taksilərin sayının 2 dəfə azalması hazırda qıtlıq yaratmasa da yeni mövsümdə bunu demək çətin olacaq. Bununla belə, əvvəllər sifariş verdikdə ünvana 3-5 dəqiqə ərzində gələn taksilər indi sifarişi daha gec yerinə yetirirlər.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hazırda taksilərin sayı 2 dəfə azaldığı kimi, qiymətlər də 2 dəfə artıb:  Klinikalar “Nazirlik əməkdaşı, nazir müavini özünə uyğun verdiyi qərarların nəticəsi ilə yaxşı fikir səsləndirir, reallıqları nəzərə almır. Amma başa düşmək lazımdır ki, paytaxtda taksilərin sayının azalmasına baxmayaraq, xidmətdə elə də ciddi keyfiyyətə nail olunmayıb. Çünki elə həmin köhnə nəqliyyat vasitələri xidmətdədir və avtomobil parklarında heç bir yenilənmə müşahidə olunmur. Əksinə, az qala qiymətlər 2 dəfə bahalaşıb. Bu isə birbaşa taksi xidmətinin çatışmamazlığı ilə bağlıdır”.  Ekspertin fikrincə, müştərilərə təklif olunan xidmətdə isə heç müsbət dəyişiklik yoxdur:  “Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan xeyli insan iş yerini itirib. Bəzi hallarda insanlar taksi şirkətlərinə sifariş verir, lakin uzun müddət gözləsələr də, nəqliyyat vasitəsi olmadığından sifarişdən imtina edilir. Bu cür imtinalar olduqca tez-tez təkrarlanır. Yəni bu tipli məsələlər həllini tapmayıb. O cümlədən, Bakı ətrafı kəndlərdən şəhərin mərkəzinə hərəkət edən 1 manatlıq taksilər qiymətləri 2, bəzən isə 3 manata qaldırır. Xidmətin keyfiyyəti ilə bağlı hansısa müsbət nəsə deməyə dəyməz, əksinə qiymətlərdə kifayət qədər bahalaşma yaranıb”. 

Saakaşvili məhbus mübadiləsi çərçivəsində azadlığa çıxmaq İSTƏYİR

"The Wall Street Journal" Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Rusiya ilə Qərb ölkələri arasında növbəti məhbus mübadiləsinə qatılacağına açıq şəkildə eyham vurduğu məktubu dərc edib. Sozcu.az xəbər verir ki, Saakaşvili yazır: “Avqustun 1-də əsirlərin dəyişdirilməsi mənim nə vaxtsa azadlığa çıxmaq növbəsinin mənə çatacağına dair ümidlərimi canlandırdı. Mən ümidlə yaşayıram, çünki onsuz mənə heç nə qalmayıb”. Eks-prezident hesab edir ki, Gürcüstanda o, Aleksey Navalnı və ya Vladimir Kara-Murza kimi Kremlin təsirinə müqavimət göstərdiyi üçün qondarma ittihamlarla Rusiya repressiyalarına məruz qalıb: “Məni qarşıda yeni məhkəmələr gözləyir, bu da həbs müddətini daha 11 il artıra bilər. Kara-Murza kimi mən də zəhərlənmişəm və yəqin ki, ömrümün sonuna qədər simptomlardan əziyyət çəkəcəyəm”.

Qəzza ilə bağlı danışıqlar yekunlaşdı: bəyanat gözlənilir

Dohada keçirilən Qəzza ilə bağlı danışıqlar yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN bildirib ki, danışıqların nəticəsi ilə bağlı bəyanat veriləcək. Qeyd edək ki, ötən gün və bu gün Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Dohada danışıqlar keçirilib.

Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi

Ukraynanın Kursk bölgəsində ispan silahlarından istifadə etməsinə dair məlumatım yoxdur. Sozcu.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib. O bildirib ki, Kiyevə verilən silahlardan necə istifadə edəcəyini Ukrayna özü müəyyən edir. "Bu müharibədir və ona görə də Ukrayna lazım bildiyi silahlardan hər an istifadə edəcək".

Ukrayna Rusiyada strateji körpünü darmadağın etdi - 700-ə yaxın hərbçi...

Ukrayna ordusu Kursk vilayətində Seym çayı üzərindəki körpüyə zərbə endirib. Sozcu.az xəbər verir ki, teleqram kanallarında yayılan məlumatları vilayət qubernatorunun müşaviri Roman Alekhin bildirib. "Kursk bölgəsi. Qluşkovo. Seym çayı üzərindəki körpü Ukrayna Silahlı Qüvvələri tərəfindən dağıdılıb. Düşmən Qluşkovski rayonunun Zvannoye kəndindəki körpüyə də zərbələr endirir”, - o, teleqramında yazıb. Rusiya mediası və teleqram kanallarının yazdığına görə, körpünün dağıdılması nəticəsində 20-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Həmçinin qeyd edilir ki, Seym üzərindəki körpü həmin ərazidəki rus qoşunlarının əsas təchizat yolu olub. İddialara görə, körpü HIMARS və ya MLRS raketləri ilə vurulub. Mətbuatda, həmçinin zərbələreən sonra 700-ə yaxın rusiyalı hərbçinin mühasirəyə alınması barədə də xəbərlər yayılıb.

Nərgiz Məhəmmədi vəhşicəsinə döyüldü - Təcili

Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi ötən həftə Tehranda həbsxanada mühafizəçilər tərəfindən vəhşicəsinə döyülüb. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb. Məlumata görə, onun xəstəxanada müalicə tələbləri qəti şəkildə rədd edilib. dirnaq modelleri Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Nazirdən xəbərdarlıq: Türkiyədə ciddi yanğınlar ola bilər

Qarşıdakı üç gündə Türkiyədə ciddi yanğınlar ola bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında deyib. Nazir bunu hava şəraiti, o cümlədən rütubət və istilərlə əlaqələndirib. Bu səbəbdən də vətəndaşları qarşıdakı üç gündə və sentyabrın 15-nə qədər diqqətli, ehtiyatlı olmağa çağırıb.

Kurskda rusların daha bir kolonu məhv edildi

Kursk vilayətinin Korenevo rayonu yaxınlığında Rusiya ordusunun hərbi kolonu məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Qəbələdə kütləvi zəhərlənmə: 55 nəfər...

15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir. *** 10:29 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlalayıb. Bu barədə Sozcu.az-a Agentlikdən nməlumat verilib. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib. *** 10:16 Qəbələ rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib. Sozcu.az-ın məlumatına görə, toyda iştirak edən 50-ə yaxın şəxsin qidadan zəhərləndiyi bildirilir. Zəhərləmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən arasında azyaşlıların olduğu bildirilir. Hadisə bağlı araşdırma aparılır.

Prezident onu nazir müavini təyin etdi

Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib. O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.

Sumqayıtda partlayış: əlindəki partlayıcı işə düşdü...

Sumqayıtda partlayış olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin şəxsin öldüyü bildirilir.

İşdən çıxardılar, neft şirkətinin qarşısında özünü yandırdı

Salyan sakini özünü yandırıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Oktay oğlu Aydınov üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə yola salınıb. Hadisəyə səbəb onun işdən çıxarılması olub. Qeyd edək ki, hadisə O.Aydınovun işlədiyi "Salyan Oyl" şirkətinin qarşısında baş verib. Faktla bağlı araşdırma aparılır.

Gülərdən İrana çağırış: Ağıllı davran!

Son vaxtlar tərəflər arasında gərginlik artıb. Lakin bu, regionumuz üçün çox təhlükəlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər İsrail və İrana çağırış edərkən bildirib. "Hər iki tərəfi ağıllı davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq yorulublar", - nazir qeyd edib.