Qəbələdə kütləvi zəhərlənmə: 55 nəfər...

15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

***

10:29

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlalayıb.

Bu barədə Sozcu.az-a Agentlikdən nməlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

***

10:16

Qəbələ rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib.

Sozcu.az-ın məlumatına görə, toyda iştirak edən 50-ə yaxın şəxsin qidadan zəhərləndiyi bildirilir.

Zəhərləmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən arasında azyaşlıların olduğu bildirilir.

Hadisə bağlı araşdırma aparılır.

Share on Facebook