Qarşıdakı üç gündə Türkiyədə ciddi yanğınlar ola bilər.
Sozcu.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında deyib.
Nazir bunu hava şəraiti, o cümlədən rütubət və istilərlə əlaqələndirib.
Bu səbəbdən də vətəndaşları qarşıdakı üç gündə və sentyabrın 15-nə qədər diqqətli, ehtiyatlı olmağa çağırıb.