Qaradağdakı ölümlə nəticələnən qəza ilə bağlı rəsmi məlumat

14:35

Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub.

Sozcu.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Bunun ardınca daha 3 maşın bir-birinə dəyib.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:15 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan kişi cinsli şəxs aşağı ətrafın travması diaqnozu ilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə olunub. Xəsarət alan digər şəxsin (qadın cinsli) isə həkiməqədər ölümü qeydə alınıb.

Share on Facebook