Bakıda yük maşını piyadanı vurub öldürdü

Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb.

Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb.

Elşən Mirzəyev idarə etdiyi "Hunday H 65" markalı yük avtomobili ilə yolu keçən Əlövsət Lətifovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Share on Facebook