"The Wall Street Journal" Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Rusiya ilə Qərb ölkələri arasında növbəti məhbus mübadiləsinə qatılacağına açıq şəkildə eyham vurduğu məktubu dərc edib.
Sozcu.az xəbər verir ki, Saakaşvili yazır:
“Avqustun 1-də əsirlərin dəyişdirilməsi mənim nə vaxtsa azadlığa çıxmaq növbəsinin mənə çatacağına dair ümidlərimi canlandırdı. Mən ümidlə yaşayıram, çünki onsuz mənə heç nə qalmayıb”.
Eks-prezident hesab edir ki, Gürcüstanda o, Aleksey Navalnı və ya Vladimir Kara-Murza kimi Kremlin təsirinə müqavimət göstərdiyi üçün qondarma ittihamlarla Rusiya repressiyalarına məruz qalıb:
“Məni qarşıda yeni məhkəmələr gözləyir, bu da həbs müddətini daha 11 il artıra bilər. Kara-Murza kimi mən də zəhərlənmişəm və yəqin ki, ömrümün sonuna qədər simptomlardan əziyyət çəkəcəyəm”.