"Bizim azad olmağımız azadlığın Moldovada, Gürcüstanda və Belarusda mütləq bərqərar olacağına zəmanətdir"
"Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Amma biz çiyin-çiyinə möhkəm dayanmışıq!.."
Ukrayna prezidenti Vladimir Zelenski aprelin 5-də Polşa parlamentinin hər iki palatasının deputatları, Ukrayna və Polşa ictimaiyyəti nümayəndələrinin qarşısında çıxış edib.
Öz nitqində o, dünyaya Ukraynaya dəstəyi gücləndirməyə çağırış edib, Polşaya ardıcıl həmrəyliyinə görə minnətdarlığını bildirib və Ukraynanın Rusiya üzərində qələbəsinin labüdlüyünə əminliyini bəyan edib.
Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb.
Zelenskinin nitqini kiçik ixtisarla təqdim edirik.
"Böyük Polşa xalqı və böyük Ukrayna xalqı bu gün çiyin-çiyinə azadlıq, möhtəşəm tarix və yaxınlaşdırdığımız qələbə ruhu ilə birləşib!
Biz, ukraynalı və polyaklar, bir-birimizi çoxdan tanıyırıq. İndi isə Polşa paytaxtının ürəyində ukraynalı ürəklər polyak ürəklərinin hər birinə müraciət edir.
Hər dəfə Ukrayna bayrağı Ukrayna torpağında özünün tamamilə qanuni yerinə dönəndə, rusiyalı işğalçı qaçıb gedəndə, Polşa bayrağı da möhkəmlənir.
Mənim üçün burada olmaq böyük şərəfdir. Ukrayna və Polşanın ürəkləri azadlıq uğrunda, dövlətlərimizin müstəqilliyi, ümumi evimiz olan doğma Avropamız uğrunda döyünür və biz qalib gələcəyik!
Azad Polşa və azad Ukrayna heç vaxt süqut etməyəcək. Bizim xalqlarımıza nəzarət edən və bizim nə istədiyinizi anlamayan yad hakimiyyət iflasa uğrayıb. Bu gün biz birlikdə dayanmışıq! Ukrayna və Polşa, Avropa və azad dünya bir yerdədir!
Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Biz isə çiyin-çiyinə möhkəm dayanmışıq və bütün bu müsibətlər Rusiya imperializminin özünə qayıdacaq!
Polşa, biz səninlə yan-yana Avropada azadlığı həmişəlik bərqərar edəcəyik. Tiraniya Ukraynada məğlub olandan sonra tarixdə məğlub olacaq. Moskva öldürməyəcək, Peterburq bölməyəcək. Bunlar daha heç vaxt olmayacaq!
Bu şanlı meydanda və Polşanın Ukraynanın digər meydanlarında, eləcə də Ukraynanın bütün maydanlarında Rusiya bizim qələbəmizdən sonra daha heç vaxt olmayacaq!
Bu qələbəyədək çoxmu addımlar qalıb? Yox. Amma bunun üçün dayanmadan həmrəylik lazımdır. Döyüş artilleriya tələb edirsə, onu vermək lazımdır. Qələbə tanklar tələb edirsə, onların gurultusu ön cəbhədən eşidilməlidir.
Müstəqillik hava tələb edirsə, Rusiyanın bizim təyyarələrə necə reaksiya verməsinə diqqət yetirmək lazım deyil, "F" hərfinin yanında 16 və ya hansısa başqa bir rəqəmin təhlükəsiz olduğunu düşünmək lazım deyil. Hərəkət etmək gərəkdir!
Sizin tank koalisiyasında liderlik nümunəsi göstərdiyiniz kimi. İnanıram ki, bu, aviasiya koalisiyasında da özünü büruzə verəcək. Çünki bu, azadlıq uğrunda döyüşdür və bu döyüşü qismən udmaq mümkün deyil!
Bu yaxınlarda Varşavada bizim azadlıq mübarizəmiz üzrə güclü müttəfiqimuz ABŞ prezidenti Bayden çıxış edərək deyib: "Azadlıq" sözündən şirin söz yoxdur. Azadlıqdan başqa xeyirxah məqsəd yoxdur. Azadlıqdan başqa yüksək niyyət yoxdur!".
Biz azad olacağıqsa, Avropa İttifaqının qonşu ölkələrində də azadlığın möhkəm olacağına zəmanət olacaq. Biz azad olacağıqsa, hamı daha güclü olacaq.
Biz azad olacağıqsa, azadlığın Moldovada, Gürcüstanda, Belarusda da mütləq bərqərar olacağına zəmanət demək olacaq. Və tarixi ədalət bərpa ediləcək!"