“Lotu Quli”nin ən sadiq adamlarından olan “Vəhşi Arman” ləqəbli Arman Cumagəldiyevin həbs müddəti yenidən uzadılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Cumagəldiyevin həbs müddəti daha iki ay uzadılıb.
“Almatı İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin 6 aprel 2023-cü il tarixli qərarı ilə ibtidai istintaq orqanının vəsatəti təmin edilib və Cumagəldiyevin həbs müddəti 2023-cü il iyunun 7-dək uzadılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, 2022-ci il yanvarın 7-də Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi kriminal avtoritet “Vəhşi Arman”ın Almatıda saxlanılması barədə məlumat yayıb. Arman Cumagəldiyevlə birlikdə onun qruplaşmasının üzvü olduğu ehtimal edilən daha 5 nəfər saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə, kriminal avtoritet yanvar iğtişaşları zamanı insanları oğurlayıb.