Aprelin 5-dən 6-a keçən gecə Tehranın Şər-i Ziba bölgəsində hökumətə qarşı etiraz aksiyaları keçirilib.
Sozcu.az xəbər verir ki, aksiyalar 2022-ci ilin sentyabr ayında hökumət məmurları tərəfindən öldürülən Həmid Rza Ruhi adlı gəncin doğum günü münasibətilə keçirilib.
Etirazçılar "Xamenei, bu qiyam sona çatmayacaq" , "Bu il sistemin son ilidir" kimi şüarlar səsləndiriblər.