Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb.
Sozcu.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət nazir Peter Siyarto Tbilisidə keçirilən Yaşıl Enerji Dəhlizi Forumunda çıxışında deyib.
O bildirib ki, Azərbaycanla təbii qazın idxalı ilə bağlı - bu il üçün təxminən yüz milyon kubmetr həcmində qaz - siyasi razılıq əldə olunub.
"Lakin sonradan bu, uzunmüddətli perspektivdə müqavilə çərçivəsində bu, hər il iki milyard kubmetrə qədər arta bilər", - nazir əlavə edib.