"Robot kimi oynamaq istəyirik, səhv etmək yox"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 25-ci turunda təxirə salınmış və ötən gecə keçirilən "Brentford"la matçda qalib gəlmələri (1:0) barədə danışıb. 

Sozcu.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:

“Çox yaxşı oynadıq, xüsusən də birinci hissədə. 2-ci hissə daha çox döyüşə bənzəyirdi. "Brentford" kimi güclü komandaya qarşı yaxşı futbol oynamaq asan deyil. Amma ehtiras və arzumuz var idi, ona görə də məqsədimizə çata bildik.

Markus Reşford möhtəşəm qola imza atıb. O, yenidən zirvədədir, yaxşı formadadır. Ümid edirəm ki, Markus mövsümün sonuna qədər belə qalacaq. David de Xeanın köməyinə nə vaxt ehtiyacımız olsa , yerində olur. Konsentrasiyanı itirdikdə səhvlər etmək mümkündür. Biz robot kimi oynamaq istəyirik, səhv etmək yox. Biz bir boşluq yaratdıq. Yaxşı ki, rəqib bundan istifadə edə bilmədi. David isə özünü göstərdi. Bu, vacib qələbədir, 16 matçda "Brentford" yalnız bir dəfə məğlub olub. Mən komandamızla fəxr edirəm”.

Qeyd edək ki, "Mançester Yunayted"in qələbə qolunu Markus Reşford vurub.

Share on Facebook