"O, qışqırırdı, 5-6 yaşı vardı, mən onu başından güllələdim..."
"Uşaqlara yazığım gəlir, çox uşaq öldürmüşəm, mənim əllərim qana batıb..."
Keçmiş "vaqnerçi" Priqojinin əmrlərini necə icra etdiyini etiraf edib...
"Vaqner qrupu" özəl hərbi şirkəti bölməsinin sabiq komandiri, Saratov vilayəti 13 saylı islah koloniyasının sabiq məhkumu, Putin tərəfindən 23.08.22-ci il tarixdə əfv edilən 42 yaşlı Əzəmət Uldarov şirkətin rəhbəri Yevgeni Priqojinin əmri ilə dinc ukraynalıları necə qətlə yetirdiyi barədə danışıb.
Sozcu.az xəbər verir ki, keçmiş "vaqnerçi" ilə müsahibə hüquq müdafiəçisi Vladimir Oseçkin tərəfindən "YouTube" kanalında "Gulagu.net" təşkilatının rəsmi kanalında dərc edilib.
"Bu əlimlə mən uşaqları öldürmüşəm. Əmr edilmişdi. Biz Baxmut və Soledar şəhərlərinə daxil olmuşduq, bizə hər şeyi təmizləyib məhv etmək əmri verilmişdi.
Biz, 150 nəfər "vaqnerçi" yol gedirdik, qarşımıza çıxan qadınlar, kişilər, uşaqlar, təqaüdçü kişi və qadınların hamısını öldürürdük. Sən anlayırsanmı biz bu əllərimizlə nələr etmişik?..
O, qışqırırdı, körpə uşaq idi, 5-6 yaşı vardı. Mən onu başından güllələdim", - Uldarov qorxunc açıqlamalarını bölüşür.
Onun xatırladıqları epizodlardan biri Baxmutda 9 mərtəbəli binanın zirzəmisində yüzlərlə ukraynalının qətli olub. Bu, cəmisi bir ay öncə baş verib.
"Mən zirzəmiyə girəndə orada uşaqlar vardı. Mənə heç kimi buraxmamaq əmri verilmişdi. Mən əmri icra etdim və heç kimi buraxmadım. Təxminən 300-400 nəfərin 40 nəfəri uşaq idi.
Mənim başqa çıxış yolum yox idi, mən başqa cür hərəkət edə bilməzdim. Hamısını məhv etmək əmri almışdım. Bu, 9 mərtəbəli böyük bir bina idi. Binanın zirzəmisi, 1-ci və 2-ci mərtəbəsi minalanmışdı. Mən əmri icra etdim və hamını cəhənnəmə göndərdim", - "vaqnerçi " danışıb.
O, vurğulayıb ki, muzdlulardan heç kim Priqojinin əmrinə tabe olmamağa cəsarət etməzdi. Konkret qərar verilmişdi, Proqojin əmr edib ki, heç bir terrorçu razılaşmaya gedilməyəcək.
Bu, Priqojinin sözləri idi: "Hamını öldürmək, heç kimi əsr götürməmək". Bunu bizə Priqojin video vasitəsilə demişdi: "Heç kimi əsir götürməyin, hamını məhv edin".
"Uşaqlar əzab çəkib, uşaqlara yazığım gəlir. Çox uşaq həlak olub. Mən bunu gizlətmirəm, mənim əllərim qana batıb", - keçmiş "vaqnerçi" etiraf edib
O, həmçinin ukraynalı hərbçiləri yüksək qiymətləndirərək onları "ləyaqətli döyüşçü" adlandırıb.
"Onlar öz dövləti uğrunda, öz ideyası uğrunda döyüşür. Mən onları pisləmirəm. Onlar ləyaqətli rəqiblərdir", - Uldarov deyib.
Dərc edilən videoda həmçinin Rusiyanın Voronej vilayətindən 1 saylı islah koloniyasından keçmiş məhkum, Putin tərəfindən 02.09.22-ci il tarixdə əfv edilmiş və "Vaqner qrupu"na cəlb edilmiş Aleksey Saviçevin etirafları da əks olunub.
Oseçkin deyib ki, Uldarov və Saviçev hazırda Rusiyadadır.
"Onlar 100 faiz Ukrayna Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi və s. hər hansı təsirində deyil. Onlar bir həftə ərzində video və audiosorğuların gedişində müfəssəl və ardıcıl olaraq ifadə verib və "Gulagu.net"-in təsisçisi Vladimir Oseçkinə ürək dağlayan məlumatlar verib.
"Gulagu.net"-in təsisçisi Vladimir Oseçkinə ürək dağlayan ifadə və məlumatlar verib.
Bu sırada 20-dən çox ukraynalı uşaq və yeniyetmələrin güllələnməsi, 50-dən artıq yaralı əsirlərin və yüzlərlə müharibəni tərk edib ukraynalıların qətlindən imtina edənlərin olduğu çalanın partladılması, yaşayış evlərində olanların, o cümlədən uşaqların qətlləri var.
Bütün bu ifadələr və sübutlar Priqojin və onun əlaltıları barəsində onlarla qəddar qətllər, hərbi cinayətlər və insanlığa qarşı cinayət faktları üzrə cinayət təqibinin təşkili üçün birbaşa əsaslardır", - "Gulagu.net" vurğulayıb.