İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcək.
Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen çinli həmkarı Qin Qanq ilə telefon danışığı zamanı bildirib.
O, Pekindən İranın nüvə proqramını dayandırması üçün təsir göstərməsini istəyib:
"Mən bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə danışdım. Mən onu Yaxın Şərqin və dünyanın bir çox ölkələri üçün təhlükə yaradan nüvə proqramının irəliləyişini dayandırmaq üçün İrana təsir göstərməyə çağırdım. İsrail dövləti Tehrandakı terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün istənilən yolla hərəkətə keçəcək".