Aİ-nin Sudandakı səfiri iqamətgahında hücuma məruz qalıb

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb.

Sozcu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhülkəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib.

“Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və şəxslərin təhlükəsizliyi Sudan hakimiyyətinin əsas öhdəliyidir”, - deyə o, “Twitter“ hesabında yazıb.

Qeyd edək ki, Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında toqquşmalar zamanı 180-dən çox insan ölüb 1800-dən çoxu yaralanıb.

Bundan əvvəl Sudan ordusu vətəndaşların təhlükəsiz təxliyəsi və lazımi yardımın çatdırılması üçün humanitar dəhlizlərin açılmasına razılıq verib.

Eyni zamanda, humanitar dəhlizlərin açılması ilə bağlı razılıq əldə edildikdən sonra Sudanın paytaxtı Xartumda küçə döyüşləri şiddətlənib.

Share on Facebook