Ermənistana azıb keçən iki əsgərimizə qarşı Qarabağda on min erməni əsgəri var...

Ermənistan dövləti pis hava şəraitində ərazisinə keçən iki əsgərimizə cinayət işi açıb, silah gətirməkdə, qanunsuz sərhədi keçməkdə ittiham edir. Nə etməliyik sualı ilə bir sıra təkliflər irəli sürülür və əsgərlərimiz üzərində hüquqi prosesin başa çatmasını və perspektivdə məhkum olunan erməni diversantlardan ikisi ilə dəyişilməsi daha çox müzakirə olunur. Bizim əsgərlər əlverişsiz hava şəraitinə görə qarşı tərəfə keçib. Ermənistan Respublikasının vətəndaşları olan 10 min silahlı hərbiçi isə hazırda Azərbaycanın Qarabağ bölgəsindədir.

Bu məsələyə iki tərəfdən-hərbi və siyasi baxımdan yanaşmaq lazımdır. Hərbi baxımdan Azərbaycan xüsusi təyinatlılarının, xüsusi xidmət orqanının xüsusi təyinatlı dəstəsinin üzərinə əməliyyat keçirməklə on minlik silahlı qüvvələr içərisindən bir neçəsini əsir götürmək və qarşı tərəfə adekvat olaraq – Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçmək və silah gətirmək ittihamını irəli sürmək lazımdır. Siyasi baxımdan isə təcili Laçın yolunda çoxdan müzakirə olunan sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılmasını Rusiya Federasiyası qarşısında şərt kimi qoymaq və ən qısa müddətdə, məsələn 3 gün, yaratmaq lazımdır.

Necə ola bilir ki, iki əsgərin hava şəraiti ilə əlaqədar Ermənistan ərazisinə keçməsi cinayət, on min hərbiçinin silahlı olaraq Azərbaycana girməsi qanunauyğun sayılsın? Və sabah on minlik Ermənistan vətəndaşı olan hərbiçilər Azərbaycan ərazisin tərk edəndə əlində silah olarsa həbs ediləcəyi, yalnız tərksilah olarlarsa tutulmadan ölkəmizi tərk edə biləcəkləri şərt olaraq elan edilməlidir. 

Moderator.az-ın Analitik Qrupu

Share on Facebook