Ermənistanda yüksək rütbəli zabit həbs edilib.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq Komitəsindən məlumat verilib. Ermənistan ordusunun polkovniki müharibə zamanı özünü xəstə kimi göstərərək döyüşdən yayındığına görə, cinayət məsuliyyətinə cəlb edilib.
44 günlük müharibə zamanı özünü xəstə kimi göstərən polkovnik hərbi hissə komandirinin müavini olub.
İstintaq Komitəsi bildirib ki, ibtidai istintaq zamanı tibb müəssisəsindən bölmə komandirinin müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək özünü xəstə kimi göstərərək 23 gün xəstəxanada qalması barədə məlumat daxil olub.
Ona ittiham elan edilib, məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.