İranda rejim dəyişikliyinə çalışmırıq - Heqset

ABŞ-ın İrana zərbələri ölkə rəhbərliyini dəyişməyə deyil, yalnız onun nüvə proqramına yönəlib. Sozcu.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib. “Bu zərbələr rejim dəyişikliyinə təhrik etmək üçün həyata keçirilməyib. Söhbət İranın nüvə mərkəzlərinə yüksək dəqiqliklə zərbələr endirməkdən gedir", - o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

Qrossi MAQATE-nin təcili iclasını çağırır

Sabah Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Rəhbərlər Şurasının İran ətrafındakı vəziyyətlə bağlı təcili iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi deyib. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.

ABŞ İranı hansı bombalarla və necə vurub?

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ABŞ İranın 3 nüvə obyektinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, zərbələrin nəticələri hələlik bilinməsə də, ABŞ-ın hücumunun detalları haqda məlumat yayılmaqdadır. Siyasi təhlilçilər məlumatları bu cür paylaşıblar: - 6 ədəd B-2 bombardmançısı yerin dərinliyində yerləşən Fordo nüvə obyektinə onlarla 30 000 funtluq bomba atıb; - ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları isə Natanz və İsfahan obyektlərinə 30 ədəd TLAM qanadlı raketi buraxıb; - 1 ədəd B-2 bombardmançısı Natanz obyektinə 2 GBU-57 bombası atıb. - ABŞ bu gün döyüş şəraitində 30 000 funtluq "GBU-57 Massive Ordnance Penetrator" adlı bunkerə qarşı bombanı tarixdə ilk dəfə istifafə edib.

ABŞ heç bir ölkənin etmədiyini etdi - Netanyahu

Donald Tramp ən təhlükəli rejimi ən təhlükəli silahından məhrum etdi. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi ilə bağlı deyib. Netanyahu Trampın addımlarını cəsur və tarixi adlandırıb: “Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix yazacaq ki, Prezident Tramp dünyanın ən təhlükəli rejimini ən təhlükəli silahlarından məhrum etmək üçün hərəkət etdi”.

ABŞ İranın cavab zərbələrinə hazırlaşır: Son 48 saat...

Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə NBC telekanalı amerikalı mənbələrə istinadla məlumat yayıb. Mənbənin məlumatına görə, növbəti 48 saat xüsusi narahatlıq doğurur. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərin zərbələr endirib.

Hörmüzdə xaos: Tankerlər boğazı tərk edir

ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Hörmüz boğazında əsl xaos yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, 50-yə yaxın tanker İranın blokadası təhlükəsindən təcili olaraq boğazdan çıxmağa çalışır. Qeyd edək ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.

İran İsraili ballistik raketlə vurdu: 16 yaralı...

İran bu səhər İsrailə 27 ballistik raketlə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, Təl-Əviv, Hayfa və Nes-Szionda evlərə düşüb. Zərbələr nəticəsində 16 nəfər yaralanıb. Yaralıların hamısı mülki sakinlərdir.

Tramp təsdiqlədi: İranın nüvə obyektlərini vurduq!

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social”da yazıb. “Biz Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o qeyd edib. “Röyters” amerikalı rəsmiyə istinadla məlumat verib ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarından istifadə edib.

Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözləri dedi ki...

Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib. "Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”, - səfir əlavə edib.

"Mançester Siti"dən özbək futbolçu ilə bağlı rədd cavabı

"Mançester Siti" müdafiəçisi Abdukodir Xusanovu "Lion"a icarəyə verməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumatı yayıb. Fransa klubu 21 yaşlı futbolçunu icarəyə götürmək istəyib. “Mançester Siti” rəhbərliyi isə Özbəkistan millisinin mərkəz müdafiəçisini Liqa 1 təmsilçisinə rədd cavabı verib. Xatırladaq ki, Xusanov qış transfer pəncərəsində “Lans”dan Xosep Qvardiolanın komandasına keçmişdi.

Bakıda ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Turan Sadiq oğlu Abdullayev idarə etdiyi “Şanqan” (Changan) markalı avtomobillə piyada, 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxana yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Fakt bağlı cinayət işi başlanılıb.

Cəbrayılda insan sümükləri aşkarlandı

Cəbrayılda insan sümükləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, insan skeletinin qalıqları rayonun Dərzili kəndi ərazisində qazıntı işləri aparılan zamanı aşkarlanıb. Faktla bağlı aidiyyatı qrumlar araşdırmalara başlayıb.

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək. Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək. Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Şahramanyanın həbsi gözlənilir

Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan ikinci dəfə Ermənistan İstintaq Komitəsi qarşısına çıxmaq üçün bildiriş alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb. O, iyunun 27-də dindirilməlidir. Qeyd olunub ki, bu proses Şahramanyanın həbsi ilə başa çatacaq. Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı səhlənkarlıq və sursatların ələ keçirilməsi hadisəsi ilə bağlı araşdırma aparır.

Yay aylarında maşınlar niyə yanır? – “Alışma riski yaranır”

“İstehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır”. Bu sözləri "Yeni Sabah"a avtomobil ustası Xəyyam Səlimov deyib. O bildirib ki, buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırmalıdır: “Yay aylarında sürücülər yüksək temperatur ucbatındn mühərrikin qaynatması halları ilə tez-tez qarşılaşır. Digər tərəfdən, avtomobillərin alışıb-yanması da isti havalarda müşahidə edilir. Xüsusən də, istehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırsalar daha yaxşı olar. Əsas da Bakıda yaşayanlar. Çünki onlar gün ərzində mütəmadi tıxacda olur”. Usta qeyd edib ki, istehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir: “Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir. Buna görə də sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşsalar yaxşıdır. Əks halda bu, avtomobil sahibinə baha başa gələ bilər. yanğınlar adətən avtomobillərin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir. Avtomobilə əlavə avadanlıq quraşdırılanda naqillər həmin yükü qaldıra bilmir. Nəticədə hadisələr qaçılmaz olur. Naqillərin özünə görə gücü var. Başqa heç bir şeyə icazə verilmir. Yəni əlavə quraşdırılanda avtomobillərdə yanma müşahidə olunur. Naqillərə müdaxilə etdikdə bu problem yaşanır".

Ərdoğanı Ermənistana dəvət edəcəyəm - Paşinyan

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırıram. Sozcu.az xəbər verir ki, bu sözləri İstanbulda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, 2026-ci ildə İrəvanda baş tutacaq Avropa Siyasi Birliyinin samitində Ərdoğanın da iştirak edəcəyinə ümid edir.

Bu rayonda doğum sayı kəskin aşağı düşüb

Qobustanda doğum sayı kəskin aşağı düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Qobustan Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Günay Muradova mediatur çərçivəsində məlumat verib. Onun sözlərinə görə, doğum sayının azalmasına əsas səbəb gənclərin sayının Bakıda çoxluğu, rayonda isə əsasən yaşlı nəslin üstünlük təşkil etməsidir: “Xəstəxanaya yeni mama-ginekoloq cərrahlar cəlb edilib. Ümid edirik ki, növbəti illərdə doğum sayında artım müşahidə olunacaq”, – deyə Günay Muradova bildirib.

Hava şəraiti ilə bağlı xəbərdarlıq

İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində; 14. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 16. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 18. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 19. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 20. Heydər Əliyev prospekti kənar yol, metronun "Koroğlu" stansiyası istiqamətində; 21. Heydər Əliyev prospekti, köməkçi yol, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI + FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Sozcu.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə yanaşı onun birinci müavini Elbrus Tağıyev də tutulub. O, cəmi 1 il əvvəl bu vəzifəyə təyin olunub. Elbrus Tağıyev əvvəllər başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın da saxlanılan şəxslər arasında olduğunu bildirilir.  Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. "Teleqraf" ümumilikdə 9 nəfərin saxlanıldığını bildirir. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.modern)

Lənkəran və Lerikdə işıq olmayacaq

Bu gün Lənkəran və Lerik rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Sozcu.az-a Azərişıq ASC-dən məlumat verilib. Bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində iyunun 20-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Biləsuvar rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a rayon sakinləri məlumat veriblər. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda tətbiq olunub.

İtkin düşən məktəbli qızla bağlı araşdırma başlanıldı

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb. Sozcu.az xəbər verri ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, Masallı şəhəri, Dadva küçəsi ev-8 də yaşayan 12.02.2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Xatirə Nurlan qızı Əhmədovanın 19.06.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.

Əhaliyə XƏBƏRDARLIQ - 2025-ci ilin ən güclü…

Günəşdə 2025-ci ilin üçüncü ən güclü alışması baş verib. Onun səviyyəsi X1,9 səviyyəsində qiymətləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti məlumat yayıb. Alimlər iyunun 20-nə keçən gecə Bakı vaxtı ilə saat 03:50-də böyük partlayışı qeydə almağa müvəffəq olublar. Onun mənbəyi 4114 saylı günəş regionu olub. Güc baxımından bu fenomen mayın 14-də və fevralın 23-də baş verən alovlardan sonra ikinci yerdədir. Onlar müvafiq olaraq X2.7 və X20 səviyyələri kimi təsnif edilib. "Alışmanın yüksək fəallığına və Günəş-Yer xəttinə yaxın olmasına baxmayaraq, radio siqnalların keçidinə təsir istisna olmaqla, hadisə hələ ki, Yerə faktiki olaraq heç bir təsir göstərməyib", - deyə hesabatda deyilir. Yerin maqnit sahəsinə böyük təsir göstərən və qütb işıqlarının yaranmasına səbəb olan plazma axınları planetlərin müstəvisindən yuxarıya yönəldilib. Mütəxəssislərin fikrincə, plazmanın planetlərə doğru hərəkətinə Günəşdə bir sıra amillər mane olur. Laboratoriya işçiləri belə qənaətə gəliblər ki, partlayış gücünə baxmayaraq, görünməz maneəni aşa bilməyib. Plazma yenidən şimala doğru hərəkət edib, Yerə praktiki olaraq heç bir təsir göstərməyib./BAKU.WS