Ötən gecə Ukrayna PUA-ları Rusiyanın Velikiy Novqorod şəhərindəki “Arkon” kimya zavoduna, Smolensk şəhərindəki digər bir zavoda və istilik elektrik stansiyaları kimi çoxsaylı obyektlərə zərbələr endirib.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Moskva bölgəsi də gecəni kütləvi hücum altında keçirib:
“Yüzlərlə dron vurulub. Paytaxtdakı bütün hava limanları fəaliyyətini dayandırıb. 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib”.
Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi bu gecə ölkə ərazisində 287 PUA vurulduğunu bildirmişdi.
