İvanişvili rejimi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur.
Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.
“Fakt budur ki, Azərbaycan Ermənistana müntəzəm olaraq neft məhsulları tədarükü ilə bağlı tarixi qərar qəbul edib, bu, indiki mərhələdə yalnız Gürcüstan dəmir yolları vasitəsilə mümkündür”, - o bildirib.
Saakaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti o qədər yüksək tarif təyin edib ki, birbaşa “yox” demək daha yaxşı olardı:
“"İvanişvili bilməyə bilməz ki, heç kim belə tarifi ödəyə bilməz, ona görə də burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlıq siyasətini əngəlləməkdir. Bilmirəm, Trampın diqqətini çəkmək istəyirlər, yoxsa sadəcə Moskvanın göstərişlərini yerinə yetirirlər.
Eyni zamanda, Azərbaycan sərhədindən gələn bütün yük maşınlarının da Tiflis keçid məntəqəsindən keçməsinə icazə verilir. Onların hər birindən 1000 dollara qədər pul istəyirlər ki, bu da onların ödəyə bilməyəcəkləri məbləğdir”.
