Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 81,44 dollara, yüngül neftin bir barreli isə 77,01 dollara satılır.

Əsgərimiz intihar etdi

Gəncədə əsgər intihar edib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, intihar N saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü ataraq intihar edib. Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.

Brüssel görüşünün saatı açıqlandı

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə AB Şurasının Mətbuat xidməti məlumat yayıb. Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır. Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

Rusiyalı general qəfildən yoxa çıxdı

Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun arvadı ərinin qəfil yoxa çıxdığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. “Popov rəhbərlik tərəfindən çağırılıb və problemlərini həll etmək üçün harasa gedib. Bundan sonra onunla əlaqə itib”, - məlumatda deyilir. Daha əvvəl dərc edilmiş generalın əsgərlərə müraciəti ilə bağlı səs yazısına gəlincə, Popovun arvadı qeyd edib ki, səs geniş auditoriya üçün nəzərdə tutulmayıb: “Sadəcə onu vəzifəsinə qaytarmaq üçün tərəfdaşları dəstək kimi dərc ediblər”.

Transformatorda yanan 50 yaşlı kişi öldü

Transformatorda yanan İsmayıllı sakini vəfat edib. Sozcu.az xəbər verir ki, iyulun 6-da İsmayıllı rayonu Hacıhətəmli kənd sakini 1973-ci il təvəllüdlü Ceyhun Bədrəddin oğlu Qubadov transformatora girərək, ağır dərəcəli yanıq xəsarətləri alıb. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sakin vəziyyəti ağır olduğuna görə Bakıya göndərilib. C.Qubadov bu gün Nərimanov Tibb Mərkəzində dünyasını dəyişib.

Bu ölkədə səfirliyimiz açılır: MM təsdiqlədi

Milli Məclis Slovakiyada səfirlik açılmasını təsdiq edib. Sozcu.az xəbər verir ki, parlamentin növbədənkənkənar sessiyasını bu gün keçirilən “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. Müakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulub. İndiyə qədər Azərbaycanın Avstriyadakı səfirliyi həmçinin Slovakiyada da fəaliyyət göstərir. Bundan başqa Slovakiayada Azərbaycanın Konsulluğu var.

Pentaqon: “Vaqner” savaşda iştirak etmir

“Vaqner” hərbi şirkətinin bölmələri Ukrayna ərazisində fəaliyyətini dayandırıb. Sozcu.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib. “İndiki mərhələdə biz “Vaqner” qüvvələrinin Ukraynadakı döyüş əməliyyatlarında iştirakını görmürük”, – o bildirib.

Taksilərlə bağlı bu qanun təsdiqləndi

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb. Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bu il nikahlar azalıb, boşanmalar artıb - RƏSMİ

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 19381 nikah və 9040 boşanma halları qeydə alınıb. Bu barədə Sozcu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

İlkin Süleymanovun apellyasiya şikayəti icraata verildi

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, iş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası avqustun 8-nə təyin edilib. Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsində hökmdən şikayət verərək barəsindəki hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün verilməsini istəyib. Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

İran 18 min əfqanı deport etdi

İran hakimiyyəti 18 minə qədər qaçqını Əfqanıstana deportasiya edib. Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. “Son 10 gün ərzində İranın müxtəlif bölgələrində sərhədçilər və polis əməkdaşları tərəfindən müəyyən edilən 17 926 əfqan deportasiya edilib. Qaçqınları Doğarun keçid məntəqəsi ilə çıxarıblar”, - məlumatda deyilir. Qeyd edək ki, ötən gün İranın Sistan və Bəlucistan əyalətinin Minab bölgəsində onlarla Əfqanıstan vətəndaşı həbs edilmişdi.

“Rüşvət alana da, verənə də, arada vasitəçilik edənə də Allah lənət eləsin!..”

Rüşvət – Ən böyük ictimai bəlalardan biri  Rüşvətin haram olduğunu bildirən ayələr 1. “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin! Xalqın malının bir qismini (sizə haram olduğunu bilə-bilə) günah yolu ilə yeməyiniz üçün malınızı hakimlərə (rüşvət) verməyin!” (Bəqərə, 188). 2. “Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər!” (Maidə, 63). Bu ayədəki “haram yemək” ifadəsini imamlar rüşvət anlamında izah etmişlər. Həzrət Əli (ə) buyurub ki, burada haram yeyənlər kimi tanıtdırılanlar – öz din qardaşının çətinliyini həll etdikdən sonra ondan hədiyyə istəyənlərdir (Biharül-ənvar, CIV, 273; Şeyx Hürr Amüli. Vəsailüş-şiə, XVII, 95, hədis 22067). Həsən Bəsri rəvayət edir ki, Bəni-Israil qövmündə belə bir adət var idi: məhkəməyə gedəndə hər iki tərəf ətəyində rüşvət aparar və hökm çıxarılmazdan əvvəl ətəklərini açıb rüşvəti hakimə göstərərdilər. Hakim də rüşvəti daha bahalı və çox olan tərəfin xeyrinə hökm çıxarardı. Rüşvətin haram olduğunu bildirən hədislər 1. Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əliyə (ə) vəsiyyətində buyurub: “Tezliklə müsəlmanlar öz mal-dövlətləri ilə sınağa çəkiləcəklər. Onlar əsası olmayan şübhələrin, nəfsani istəklərin, elmsiz xəyalların əsasında halalı haram bilərlər. Nəbiz (arpa suyu) adı altında şərabı, hədiyyə adı altında rüşvəti, alver adı altında sələmçiliyi halal sayarlar” (N.B.Bidəhəndi. Islam baxımından rüşvət, səh. 27). 2. Imam Cəfər Sadiq (ə) Əmmar ibn Mərvan adlı səhabəsinə buyurub: “Ey Əmmar, rüşvətə gəlincə, bil ki, hökmlərdə rüşvət vermək əzəmətli Allaha və Onun Peyğəmbərinə qarşı küfrdür”. (Burada “hökmlərdə rüşvət vermək” ifadəsinin mənası hökm çıxaran zaman qazıya (hakimə) rüşvət verməkdir) (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 211; həmçinin bax: Şeyx Küleyni. Əl-Kafi, VII, 409). 3. Həzrət Mühəmməd Peyğəmbər (ə): “Rüşvət alana da, verənə də Allah lənət eləsin!” (Müttəqi Hindi. Kənzül-ümmal, VI, 113, hədis 15078). 4. Həzrət Mühəmməd Peyğəmbər (s): “Rüşvət alana da, verənə də, arada vasitəçilik edənə də Allah lənət eləsin!” (Əhməd ibn Hənbəl. Müsnəd, V, 279; Müttəqi Hindi. Kənzül-ümmal, VI, 114, hədis 15080). 5. Həzrət Mühəmməd Peyğəmbər (s): “Rüşvət alan da, verən də cəhənnəmlikdirlər” (Müttəqi Hindi. Kənzül-ümmal, VI, 113, hədis 15077). 6. Həzrət Mühəmməd Peyğəmbər (s): “Rüşvət alan da, verən də, onların arasında vasitəçilik edən də məlundurlar (lənətə layiqdirlər)” (Müttəqi Hindi. Kənzül-ümmal, hədis 1495; Əllamə Məclisi. Biharül-ənvar, CIV, 274). 7. Imam Mühəmməd Baqir (ə): “Özünə halal olmayan qadının ayıb yerinə baxan adama, öz din qardaşının qadınına münasibətdə xain davranan insana və dini sahədə elminə camaatın möhtac olduğu halda onlardan rüşvət istəyən şəxsə Allahın Rəsulu lənət edib” (Şeyx Hürr Amüli. Vəsailüş-şiə, XVIII, 163). 8. Həzrət Mühəmməd Peyğəmbər (s): “Rüşvətdən uzaq olun! Çünki o, əsl küfrdür. Rüşvət alan adam cənnətin ətrini duymaz” (Əllamə Məclisi. Biharül-ənvar, CIV, 274). 9. Həzrət Mühəmməd Peyğəmbər (s): “Əmirin (valinin) hədiyyə alması bəyənilməzdir, qazının rüşvət alması isə küfrdür” (Mənavi. Feyzül-qədir, I, 212). 10. Məşhur səhabə Əmr ibn As Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edib: “Içində rüşvət yaranan elə bir qövm (millət) yoxdur ki, axırda dəhşətə və qorxuya düçar olmasın” (N.B.Bidəhəndi. Islam baxımından rüşvət, səh. 84). 11. Abdullah ibn Abbas Həzrət Mühəmməd Peyğəmbərin (ə) belə buyurduğunu rəvayət edib: “Hər kim on nəfərə başçılıq etməyi öhdəyə alsa və aralarında ya onların bəyəndikləri kimi, ya da bəyənmədikləri tərzdə hökm versə, qiyamət günündə qolları zəncirlə bağlanmış halda məhşərə gətirilər. Əgər ədalətlə hökm vermiş, rüşvət almamış, zülm törətməmişsə, qolları açılar. Əgər Allahın nazil etdiyi hökmlərdən fərqli hökm vermişsə, rüşvət almışsa, səhlənkarlıq etmişsə, sağ qolunu sol qoluna daha şiddətlə bağlayar və cəhənnəmə atarlar. O, cəhənnəmin elə dərinliyinə yuvarlanar ki, 500 ildən sonra da ora çatmaz” (N.B.Bidəhəndi. Islam baxımından rüşvət, səh. 83-84). 12. Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əliyə (ə) vəsiyyətində buyurub: “Bu qazanclar haramdır: ölü heyvanın (yəni şəriətə əsasən kəsilməmiş heyvanın), itin, məstedici içkinin satışından əldə edilən qazanc, zina üçün verilən muzd, hökm zamanı alınan rüşvət və kahinə verilən muzd” (Əllamə Məclisi. Biharül-ənvar, LXXVII, 54; Şeyx Hürr Amüli. Vəsailüş-şiə, XVII, 94, hədis 22065). Eyni məzmunlu hədis Imam Cəfər Sadiqdən (ə) də rəvayət edilib (Şeyx Küleyni. Əl-Kafi, V, 127). 13. Imam Əli ibn Əbu Talib (ə): “Sizdən əvvəlkilər ona görə həlak oldular ki, camaatın haqqını vermədilər, camaat da məcbur olub öz haqqını batillə (rüşvətlə) aldı. Sonra gələn nəsillər də bu yolla getdi” (Nəhcül-bəlağə, 79-cu məktub). 14. Imam Əli ibn Əbu Talib (ə): “Siz özünüz də yaxşı bilirsiniz ki, camaatın namusunu, qanını, qənimətini (malını) qorumağı, hökmləri icra etməyi, müsəlmanlara rəhbərlik etməyi öhdəyə almış bir valiyə… hökm verərkən rüşvət almaq yaramaz. Çünki bu halda haqqı tapdalamış və ona əməl etməmiş olar” (Nəhcül-bəlağə, 130-cu xütbə). 15. Əbu Hümeyd Saidi adlı səhabə rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ibn əl-Ütəbiyyə adlı bir nəfəri Bəni-Əzd qəbiləsindən sədəqə və zəkatı alıb gətirməyə göndərmişdi. O adam qayıdandan sonra gətirdiyi maldan bir neçə baş qoyunu beytül-mala təhvil vermədi. Səbəbini soruşanda dedi ki, bu qoyunları Bəni-Əzd qəbiləsi mənə hədiyyə verib. Peyğəmbər minbərə qalxıb buyurdu: “Sizlərdən birini iş dalınca göndərirəm, qayıdanda deyir ki, gətirdiyim malın bu hissəsi beytül-malındır, bu hissəsi isə mənə hədiyyə kimi verilib və özümə çatacaq. O adam öz evində otursaydı görərdi ki, kimsə ona hədiyyə gətirir ya yox? Ixtiyarında olduğum Allaha and olsun, siz bu dünyada hansı heyvanı haqsız yerə mənimsəsəniz, qiyamət günündə boynunuza həmin heyvan yüklənmiş halda Allahın hüzuruna gətiriləcəksiniz” (hədisin fərqli variantları üçün bax: Beyhəqi. Əs-Sünənül-kübra, IV, 158; Ibn əl-Əsir. Üsüdül-ğabə, V, 330; Müttəqi Hindi. Kənzül-ümmal, IV, 394, hədis 11089; Səhihül-Buxari, Kitabül-ehkam, Babü hədayal-ümmal, hədis 7174).islam.az

Güneyli fəal Mahmud Ocaqlıya ağır həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsi paytaxtın Evin həbsxanasında məhkumluq dövrünü yaşayan güneyli mədəni fəal Mahmud Ocaqlının 16 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Bununla yanaşı mədəni fəalın həbs müddətini başa çatdıqdan sonra onun iki il müddətinə ölkəni tərk etməsi, siyasi və ictimai qruplara üzv olması, sosial mediada fəaliyyət göstərməsi qadağan edilib. Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Ona qarşı "hökumətə qarşı təbliat" və "ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb. Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Bakıda ustanı elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ

Bakıda ustanı elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, Oğuz rayonunun Şirvanlı kənd sakini, 1977-ci il təvəllüdlü Vüqar Telman oğlu Qasımzadə Bakıda usta işlədiyi yerdə elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Məlumata görə, 46 yaşlı V.Qasımzadə bir müddət idi ki, paytaxtda usta işləyirdi. Faktla bağlı araşdırma aparılır.//Report

Hərbçimiz faciəvi şəkildə öldü - FOTO

Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində "Mercedes” markalı maşın Qarabağ kanalına aşıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü Həsənəv Cavid suda boğularaq ölüb. Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.

Nəcməddin Sadıqovun yaxın adamının azadlığa buraxılmasına ETİRAZ

Bu yaxınlarda azadlığa buraxılan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən protest verilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, dövlət ittihamçısı təqsirləndirilən şəxslər barədə hökmdən narazı qalıb. Prokuror birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Z.Niftəliyev və E.Niftəliyevin külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini istəyir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə təqsirləndirilib. Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə  Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

“Caspian Hotel”də kütləvi DAVA

Bakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Möhübbət dəniz sahilində yerləşən “Caspian Hotel”də Alman və Elçin adlı şəxslərə xəsarət yetirib.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, Möhübbət tanışları Seymur adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib.  Bu zaman Möhübbət 9 avqust 2022-ci ildə, saat 03.30-da  Türkan qəsəbəsində yerləşən “Caspian Hotel”də kafedə müştəri qismində olarkən musiqi sifarişi ilə bağlı dicey ilə mübahisə edən Elçinə heç bir əsaslı səbəb olmadan yumruqla üz və çiyin nahiyələrinə qəsdən vurub. Ona xəsarətlər yetirib.  Bununla kifayətlənməyən Möhübbət Elçinin yanında olan tanışı Almana özündə olan bıçaqla iki dəfə vurub.  Hadisəni törədən Möhübbətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Möhübbət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.  İş üzrə zərərçəkmiş Alman bildirib ki, hadisə günü, gecə saat 02 radələrində Türkan qəsəbəsində yerləşən “Caspian Hotel”də yerləşən kafeyə gediblər:  “Həmin kafeyə tanışım Elçin, Şəmşad, Rövşən ilə birlikdə getmişdim. Həmin kafedə Elçin, Şəmşad, Rövşən ilə bir stol ətrafında oturub pivə içməyə başladıq. Həmçinin orada tanışım Vüsalı da gördüm. Həmin vaxt Elçin diceyə 3 manat verdi, mahnı sifariş verdi. Mahnı yarımçıq kəsildiyi üçün Elçin diceyə öz etirazını bildirdi. Elçini sakitləşdirib kafedən çölə çıxardım. Bu zaman tanımadığım şəxslər həmçinin sonradan adını bildiyim Möhübbət adlı şəxs Elçini itələdi, “nə qışqırırsan” dedi. Sonra yumruqla Elçini üz nahiyəsinə vurdu. Elçin yerə yıxıldı. Elçini yerdən qaldırmaq istəyəndə gördüm ki, əlimdən qan gəlir. Lakin kimin vurduğunu görməsəm də, ayağa qalxanda Möhübbət adlı şəxsin əlində bıçaq olduğunu gördüm. Sonra aralaşıb getdik”.  Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.  Məhkəmənin hökmü ilə Möhübbətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.  Ona 1 il 6 ay müddətə sınaq olmaqla 2 il şərti cəza təyin olunub. 

İlham Əliyev və Blinken arasında telefon danışığı olub

İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlət başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

Cavanşir Məmmədov onu məhkəməyə verən tamaşaçıdan üzr istədi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov "Təsir dairəsi" verilişində studiyada əyləşənlərə onun tərəfini tutmaları üçün 100 manat təklif edib. O, bunu etiraf edən qadının ünvanına təhqir edib. İfaçı qadına qarğış edərək, daha sonra onun göz makiyajını ələ salıb və "Gözün gömgöydür, utan gözünün qarasından" sözlərini söyləyib. Bundan sonra sözügedən tamaşaçı ifaçını məhkəməyə verəcəyini bildirib.  Sozcu.az xəbər verir ki, Cavanşir bu gün efirdə həmin tamaşaçıdan üzr istəyib.  "Fatimə xanım sizdən üzr istəyirəm. Özünüz qoyun mənim yerimə. Pul dərdi qalıb bir tərəfdə, ailəmə şər atmaq istəyir. Ailəmə görə hər zaman özümü qurban verməyə hazıram. Namus-qeyrət üstündə ailəmi də məhv etməyə hazıram. Bizim qanunumuz belədir. Belə böyümüşəm, belə də öləcəyəm. Ancaq nahaq yerə ailəmə şər atan adamı bağışlamayacağam. O pulu alsam, gəlib burada şirinlik paylayacağam.  Heç kimə də 100 manat verməmişəm. Heç cibimdə də yoxdur, indi də, o gün də. Söhbət oldu, keçdi. Bu nə sualdır ki, nəvən bu pulu haradan alıb. Mənim kürəkənim, qudam rəhmətə gedib, mən və həyat yoldaşım sağdır. İki nəvəm var. Onlara nə çatacaqsa, sağlığımda bölmüşəm. Oğluma da, qızıma da. Verilişlərdə görürük nəyin üstündə necə qırğınlar gedir. Adam sağlığında hər şeyi yerbəyer etməlidir ki, o dünyaya rahat köçsün. Hətta bizim evdə iki arakəsmə var. Birdən yola getməyəndə düyməni basırsan ki, arakəsmə düşsün aşağı. Niyə yalan deməliyəm. Pul vermişəm, gəl qoy ortaya. Onlar məndən icazə almamış evdən çıxmırlar. Pulu qoyuram evə, həyat yoldaşım soruşur ki, mağazaya 15 manat vermək lazımdır, olar götürüm. Qayda-qanun belədir. Hələ indiyə qədər nə oğlum, nə qızım, nə də nəvələrim mənə "sən" deməyib. "Siz" deyə müraciət edirlər. Həyat yoldaşım tərbiyə edib. Səhər çıxıb axşam gəlirəm.  Sizi bu neçə gündə narahat etdiyimə görə bağışlayın, üzrlü hesab edin. Veriliş belədir. Bir gün belə olur, o biri gün elə. Mənə bəlkə 10 minə yaxın zəng gəlir. Telefon dayanmır, hamısına da cavab verirəm. Verilişə gəlməsəydim, sözlərim ürəyimdə qalıb ölərdim.  Hirsli olumuşam demişəm, sən də mənim həyat yoldaşıma dedin. Eybi yox, bu məsələni bağladıq. Demişəm demişəm də, əsəbləşib dedim. Qurtardıq bunu. Hər şey qurtardı getdi".  Müğənni daha sonra həmin tamaşaçı ilə əllə görüşüb. O, xanımı yanağından öpmək istəsə də iştirakçı buna razı olmayıb.  Qeyd edək ki, özünü Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Türkiyə vətəndaşı Kemal Mustafa proqrama gələrək yardım istəyib. O, ifaçının və ailəsinin ona şər atdığını deyib./Axşam.az 

Quş qripi ilə bağlı XƏBƏRDARLIQ - İnsanlar üçün təhlükə var

Son zamanlar quş qripinin yayılması təkcə quşlar üçün deyil, insanlar üçün də təhlükə yaradır. Sozcu.az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Cenevrədə yayılan birgə məlumatında deyilir. Qeyd olunub ki, quş qripi epidemiyaları ev quşları, çöl quşları və bəzi məməlilər də daxil olmaqla heyvan populyasiyalarını məhv edib, fermerləri və ərzaq ticarətinin işini ləngidib: "Bu epidemiyalar əsasən heyvanlara təsir etsə də, insanlar üçün daimi təhlükə yaradır. Bioloji cəhətdən insanlara quşlardan daha yaxın olan məməlilərdə sadalanan infeksiyaların aşkar edilməsi halları çoxalıb. Bu da virusun insanlara yoluxmaq üçün daha asan uyğunlaşa biləcəyi ilə bağlı narahatlıqları artırır". 2022-ci ildə 67 ölkə ev və çöl quşlarında yüksək patogen H5N1 quş qripinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına məlumat verib. Eyni zamanda, təsərrüfatlarda 131 milyondan çox ev quşu tələf olub və ya məhv edilib. 2023-cü ildə 14 əlavə ölkə, əsasən Amerika qitəsində epidemiyaların baş verdiyini bildirib. 2022-ci ildən bəri, üç qitənin 10 ölkəsi təşkilata məməlilərdə baş verən epidemiyalar barədə məlumat verib.

İsti yay gecələrində rahat yatmaq üçün - 7 qeyri-adi üsul

Yayda isti gecələrdə yatmaq çox çətin olduğu üçün yuxusuzluq problemi artır. Ətraf mühitin temperaturu çox yüksək olduqda, bədən soyumağa əlavə səy sərf etməyə məcbur olur və bu yuxu proseslərini pozur. Sozcu.az "Medicina"ya istinadaən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisioner olmadan istidə yaxşı yatmağınıza kömək edəcək bir neçə ağlagəlməz yollar var. Ətraflı 1. Ayaqlara isti vanna. Yatmazdan əvvəl ayaqlarınızı bir az isitsəniz, əsas bədən istiliyiniz bir qədər yüksələcək. Yatmağa getdiyiniz zaman, yavaş-yavaş azalmağa başlayacaq, bu da yuxuya getmək prosesi üçün vacib şərtdir. 3. İsti duş. Prinsip eynidir - sərin duşdan fərqli olaraq, isti su bədənin daxili temperaturunu artırmağa kömək edəcək və sonra özünüzü daha yaxşı hiss edəcəksiniz. 4. Öz kondisionerinizi hazırlayın. Ventilyatorun qarşısına bir qab buz qoyun. 5. Pijamaları dondurun. Yatmazdan bir neçə dəqiqə əvvəl pijamalarınızı vakum torbasına yerləşdirərək dondurucuya qoyun. Eyni şeyi yastıq üzü ilə də edə bilərsiniz. 6. Çılpaq yatmayın. Nə qədər isti olsa da, pijamanızı çıxartmayın, çünki çox tərləyəcəksiniz. Pijamalarınıza hopan tər tər dərinizdə yığılacaq. İsti havalarda pambıq, ipək və ya bambuk lifi kimi təbii, nəfəs alan parçalardan hazırlanmış boş, açıq rəngli pijamaları seçin. 7. Saçlarınızı fenlə qurutmayın. Duşdan sonra saçınızı qurutmayın - nəm saçlar sizi uzun müddət sərinlədəcək.

ÇL-də ən az azarkeş "Linkoln" - "Qarabağ" matçında olub

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqdə keçirilən "Linkoln" - "Qarabağ" oyununu izləyən azarkeş sayı məlum olub. Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Viktoriya" stadionunda keçirilən görüşü tribunalardan 683 azarkeş izləyib. Bu, 1-ci təsnifat mərhələsinin ən aşağı göstəricisidir. Ən çox azarkeş isə "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. Oyunu 27 328 azarkeş tribunadan izləyib. Xatırladaq ki, "Qarabağ" səfərdə  "Linkoln"u 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda olacaq.

İlham Əliyev İsrailin müdafiə naziri ilə görüşdü

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Sozcu.az xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edildi. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olundu. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı.

Brüssel görüşü qabağa çəkildi – Paşinyan açıqladı

Brüsseldə 15 iyulda Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, - Paşinyan bildirib. Xatırladaq ki, ötən gün 21 iyulda nəzərdə tutulan görüşün qabağa çəkilə biləcəyi haqda məlumat yayılmışdı.