Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI

Baş nazir Əli Əsədovun ötən gün imzaladığı qərarla “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib. 

Dəyişikliyə görə, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.

Bəs, sözügedən dəyişikliklərin sahibkarlar üçün təsiri nə dərəcədə olacaq? Artım siqaret alıcılarının sayında azalmaya ya artıma səbəb olacaq? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a danışdı:

“Aksiz vergisinin artması yeni baş verdi, yəni, qanun dünəndən qüvvəyə mindi. Amma bu məsələlər bir neçə ay öncədən müzakirə olunurdu. Aksiz vergisinin artmasının iqtisadiyyata xüsusi təsiri olmayacaq. 

Aksi vergisinin artması bəzi siqaret növlərinin qiymətinə çox təsir etməsə də, bu artım  dəyişikliklərə də səbəb olacaq. 43-dən, 45,5-ə qalxması bütün siqaretlərin qiymətinin dərhal qalxması demək deyil. Sahibkar böyük ehtimalla öz mənfəəti hesabına konpensasiya edəcək. Məhsuluna təlabat çox yoxdursa, rəqabət yoxdursa cibindən ödəyəcək. Məhsul rəqabətlidirsə özünün də xərci 5 qəpik artıbsa, qiymətləri də daha çox artıra bilər. Yəni 1 qutuda 5 qəpik xərc artdığına görə, əminliklə qiymətlərin artacağına dair fikir söyləmək mümkün deyil, çünki hər bir siqaret satıcısının öz dəyər zənciri var, artan 5 qəpiyin də satıcı üçün hansı təsiri olduğu fərdi məsələdir. Mən böyük artım olmadığına görə son satış qiymətlərinin artacağına güman etmirəm. Amma təbii ki, siqaret alıcılarının xərci bu aksiz vergisi deyil, digər xərclər də arta-azala bilər və bu konteksdə də qərar qəbul edə bilərlər. Tutaq ki, alış qiyməti ilə bərabər, 5 qəpik aksiz artıbsa sahibkar bunu əsas gətirib əhəmiyyətli artım edə bilər. 

Alıcı sayının azalmağı və ya çoxalmağına gəıdikdə isə, ümumiyyətlə qiymətin artması istifadəni azaldan təsirə malikdir. Bu bir mənaldır ki, biz istənilən şeyin qiyməti artdıqda onun istifadəsin azaltmağa çalışırıq. Amma siqaretdən bir asılılıq olduğu, istifadəçilər ata bilmədiyi üçün 5-10 qəpik və yaxud  1-2 manat qalxması ilə ciddi təsirin olacağını, alıcı sayının azalmasını gözləmirəm. Amma ümumiyyətlə siqaretin qiymətinin artılırması əsasən istifadəçi sayını azaltmaq üçün alınan qərardır. Kim imtina edə bilirsə edir. Ölkəmizdə bununla bağlı araşdırma da yoxdur ki, məsələn deyək 5% bahalaşma olduqda istifadəçi sayı 1% aşağı düşür vəs. Ümumiyyətlə siqaret çəkənlərin sayı barədə statistikada yoxdur. Amma bunu qeyd etmək mümkündür ki, qiymət artımı istifadəyə azaldıcı təsir göstərir”.

Share on Facebook