Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Alanya rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.2 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 26.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.