Rusiyanın itkiləri 571 mini ötdü

Ukrayna müharibənin 883-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 571 350 hərbçi, 8 313 ədəd tank, 16 039 ədəd zirehli döyüş maşını, 15 804 ədəd artilleriya sistemi, 1 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 904 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 358 ədəd avtomobil texnikası, 12 610 ədəd PUA, 2 402 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 661 xüsusi avadanlıq itirib.

Share on Facebook