Ermənilərin PUA-nın idarəetmə stansiyası məhv edildi

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Ordumuz minaatanlardan atəşə tutuldu

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Sərhəd toqquşması: ermənilərin itkilərinin sayı artdı - Rəsmi

11:19 Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Nazirlik daha bir əsgərinin yaralandığını bildirib. Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib. Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb. Ordumuz cavab tədbirləri görür. *** Ermənistan MN ölən hərbçilərinin sayının 4-ə qalxdığını açıqlayıb. Daha bir əsgərin isə yaralandığı bildirilib. *** Ermənistan ölən hərbçilərinin adlarını açıqlayıb. Onlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır.

Ağır döyüşlər gedir, xeyli ölümüz var - Sevyandan şok etiraf

Bir neçə dəqiqə əvvəl mənə xəbər verdilər ki, Vardenis və Sotk istiqamətində şiddətli döyüşlər gedir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş erməni döyüşçü Aşot Sevyan danışıb. “Vardenis yaxınlığında çox vacib bir yüksəklik var, indi düşmənin niyyəti həmin yüksəkliyi ələ keçirməkdir. Əgər o yüksəkliyi tuta bilsələr, o zaman ümumiyyətlə Vardenis və Sotku unutmalıyıq. Bizim çoxlu ölən və yaralımız var. Ancaq bizim uşaqlar hələ də müqavimət göstərməyə çalışırlar. Düşmənin planları arasında Göyçə gölünün şərq sahilindəki hakim yüksəklikləri tutmaq var. Onlar bu barədə 44 günlük müharibə vaxtı demişdilər ki, özlərinin tarixi torpaqlarına gələcəklər”, – deyə o bildirib.

Kəlbəcərdə atışma davam edir - Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Vəziyyət gərginləşir: ermənilər əlavə döyüş texnikası cəmləşdirir

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. "Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.

PSJ hücumçu transfer etdi

PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Sozcu.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paris təmsilçisi "Lion"dan Bredli Barkolanı transfer edib. PSJ qarşı tərəfə 45 milyon avro ödəyib. Daha 5 milyon avro mümkün bonuslar kimi təqdim olunacaq. 20 yaşlı hücumçu ilə 5 illik (2028-ci il iyunun sonuna qədər) müqavilə imzalanıb.  Qeyd edək ki, Barkola 2022/2023 mövsümündə "Lion" üçün bütün yarışlarda 31 oyuna çıxıb, 7 qol vurub və 9 qolun ötürməsini verib. Futbolçunun keçmiş klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi idi.

Aynişan formada qalmağın sirrini açıqladı

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva formada qalma sirlərini bölüşüb.  Axşam.az-ın məlumatına görə, o, çörək yemədiyini və qidalanma rejiminə diqqət yetirdiyini bildirib:  "Formada qalmağımın səbəbi ürəyim istədiyi yeməkləri yeməməyimdir. Bəzən ürəyim çox istəyəndə yeyirəm. Amma o zaman balans çox önəmlidir. İki həftədən bir bunu pozmaq olar, amma çox yox.  Çörək yemirəm. Fərqi yoxdur, qlütenli və ya qlütensiz. Belə olanda yeməklərin dadını daha çox hiss edirəm". 

Sərhəd toqquşması: Ermənistan MN itkilərini açıqladı

Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Nazirlik daha bir əsgərinin yaralandığını bildirib. Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib. Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb. Ordumuz cavab tədbirləri görür.

Ordumuzun cavabı: iki erməni əsgər məhv edildi

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, Ordumuzun cavab tədbirləri nəticəsində iki erməni əsgərin məhv edildiyi, bir erməni əsgərin yaralandığı bildirilir.

PUA tətbiq edildi: daha 2 hərbçimiz yaralandı - Təcili

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Rusiyaya PUA hücumu: İki bina vuruldu

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb. Məlumata görə, Moskvaya doğru uçan PUA Lyubertsı şəhərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Kursk vilayətindəki Kurçatov şəhərinə də PUA hücumu olub. Vilayətin qubernatoru Roman Starovoytun sözlərinə görə, hücum nəticəsində yaşayış binası və inzibati binaya ziyan dəyib.

“Abrams”lar Ukraynaya bu tarixdə gəlir

ABŞ-ın “Abrams” tankları sentyabrın ortalarında Ukraynaya gətiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna 31 tankdan ilk 10-nu sentyabrın ortalarında alacaq. Pentaqonun sözçüsü nəşrə bildirib ki, Ukrayna üçün onlarla tank hazırda Almaniyada yekun rekonstruksiyadan keçir. Bundan sonra 70 tonluq “Abrams”lar Ukraynaya gedəcək.

Bağçalara növbəyə yazılma dayandırılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Məktəbli forması üçün Bakıya gələn ailə qəzaya düşdü: ata və oğlu öldü

10:04 Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayonunun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəlludlü Elnur Samit oğlu Əmirli ölüblər. Hadisədə xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. *** Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb. Məlumata görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib. İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər. *** Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə baş verən yol qəzasında yaralananların kimliyi məlum olub. Məlumata görə, onlar Mələkzadə Əmirova, Elvin Əmirov, Siyafət Əmirova, Günel Əmirli, İslam Abbasov, Emil Əmirli (azyaşlı), Əlövsət Nəzərovdur. Qəza nəticəsində Samit Əmirov və onun oğlu Elnur Əmirov hadisə yerində ölüblər. Faktla bağlı araşdirma aparılır.

Erməni təxribatı: hərbçimiz yaralandı - Ordumuz tədbir görür

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Motosikletlə “Kamaz” toqquşdu: ölən var

Neftçalanın Bankə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu gün səhər saatlarında motosikletlə “Kamaz” markalı avtomobil toqquşub. Nəticədə motosikletin sürücüsü Seyid Mübariz oğlu Abdullayev həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 264 minə yaxınlaşır

Ukrayna müharibənin 555-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 263 490 hərbçi, 4459 ədəd tank, 8513 ədəd zirehli döyüş maşını, 5530 ədəd artilleriya sistemi, 735 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 500 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7009 ədəd avtomobil texnikası, 4421 ədəd PUA, 1445 qanadlı raket, 18 gəmi/qayıq, 831 xüsusi avadanlıq itirib.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 87,04 dollara, yüngül neftin bir barreli isə 83,79 dollara satılır.

TIR-larımız 3 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Sozcu.az Report-a istinadən xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Türkiyədə daha bir ərazidə meşə yanğını başladı

Türkiyənin Çorum vilayətində meşəlik ərazidə yanğın başlayıb. Sozcu.az xəbər verir ki, hadisə Gökgözlər və Kuyumcu kəndləri arasındakı meşəlik ərazidə qeydə alınıb. Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğının qarşısının alınması üzrə işlər davam etdirilir.

“Zaxarovanın son bəyanatı Moskvanın mövqeyinin iç üzünü açıb ortaya qoyur...”

“Əgər Moskva sülh prosesində maraqlıdırsa, sülh prosesi birinci tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasından başlayır. Niyə Rusiya buna qarşıdır?..” “Zaxarovanın son bəyanatı Moskvanın mövqeyinin iç üzünü tam şəkildə açıb ortaya qoyur. Baxın Rusiya XİN rəsmisi deyir ki, baş verənlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir"... Məgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bunu ki, həmişə bəyan edir”.  Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Rusiya  XİN rəsmisi M.Zaxarovanı "Laçın yolunda hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir” bəyanatını şərh edən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Əgər Moskva sülh prosesində maraqlıdırsa, sülh prosesi birinci tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasından başlayır. Niyə Rusiya buna qarşıdır? Məsələ burasındadır ki, Rusiya burada da istər “sülhməramlı”larının davranışından, istər bu cür bəyanatlarla açıq-aydın göstərir ki, bütün bu proses onun marağındadır. Və faktiki olaraq indi iç üzünü açır. İndi mənə maraqlıdır ki, rəsmi Bakı Zaxarovanın bu bəyanatına necə reaksiya verəcək. Deyə bilərəm. Heç bir reaksiya olmayacaq...  Gəlin 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə baş verən toqquşmaları xatırlayaq. Hələ o zaman da, ondan sonra da sizə şərhlərimdə demişdim ki, bütün bu prosesin pozulmasında, sülh danışıqlarının baş tutmamasında yeganə maraqlı tərəf Rusiyadır. Çünki Moskva konflikti belə bir vəziyyətdə saxlamaqla 3 əsas məqsədini təmin etmiş olur. Birincisi, Qarabağın dağlıq hissəsindəki hərbi kontingentini qoruyub saxlamaq, ikincisi, Ermənistanı Rusiya təsir dairəsindən çıxmağa qoymamaq, üçüncüsü, Azərbaycanı Rusiyanın sferasında saxlamaq. Bəli, Azərbaycan Rusiyanın sferasındadır. Azərbaycanın bu gün atdığı bütün addımlar Rusiyanın marağındadır. Bax, buna görə də biz Moskvadan Zaxarovanın  həmin o bəyanatsayağı açıqlamalarını-filanlarını, çağırışları eşidirik”,- deyə analitik vurğulayıb.  

Müharibə bu il başa çata bilər - Zelenski

Rusiyanın ölkəmizə qarşı başladığı müharibə ilin sonuna qədər müəyyən şərtlər daxilində bitə bilər. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Müharibənin bitmə tarixi haqda danışmaq çətindir. Lakin bu, yaxın aylarda ola bilər. Hər şey bir neçə amildən, o cümlədən Ukraynanın əks-hücumunun uğurundan asılıdır”, - Zelenski bildirib.

Qarabağdakı qanunsuz rejim tərksilah edilməlidir - Hikmət Hacıyev

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".  Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib.  Azzərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib.