Ordumuzun cavabı: iki erməni əsgər məhv edildi

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, Ordumuzun cavab tədbirləri nəticəsində iki erməni əsgərin məhv edildiyi, bir erməni əsgərin yaralandığı bildirilir.

Share on Facebook