Qarabağdakı qanunsuz rejim tərksilah edilməlidir - Hikmət Hacıyev

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir". 

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib. 

Azzərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib. 

Share on Facebook