“Zaxarovanın son bəyanatı Moskvanın mövqeyinin iç üzünü açıb ortaya qoyur...”

“Əgər Moskva sülh prosesində maraqlıdırsa, sülh prosesi birinci tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasından başlayır. Niyə Rusiya buna qarşıdır?..”

“Zaxarovanın son bəyanatı Moskvanın mövqeyinin iç üzünü tam şəkildə açıb ortaya qoyur. Baxın Rusiya XİN rəsmisi deyir ki, baş verənlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir"... Məgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bunu ki, həmişə bəyan edir”. 

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Rusiya  XİN rəsmisi M.Zaxarovanı "Laçın yolunda hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir” bəyanatını şərh edən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Əgər Moskva sülh prosesində maraqlıdırsa, sülh prosesi birinci tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasından başlayır. Niyə Rusiya buna qarşıdır? Məsələ burasındadır ki, Rusiya burada da istər “sülhməramlı”larının davranışından, istər bu cür bəyanatlarla açıq-aydın göstərir ki, bütün bu proses onun marağındadır. Və faktiki olaraq indi iç üzünü açır. İndi mənə maraqlıdır ki, rəsmi Bakı Zaxarovanın bu bəyanatına necə reaksiya verəcək. Deyə bilərəm. Heç bir reaksiya olmayacaq... 

Gəlin 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə baş verən toqquşmaları xatırlayaq. Hələ o zaman da, ondan sonra da sizə şərhlərimdə demişdim ki, bütün bu prosesin pozulmasında, sülh danışıqlarının baş tutmamasında yeganə maraqlı tərəf Rusiyadır. Çünki Moskva konflikti belə bir vəziyyətdə saxlamaqla 3 əsas məqsədini təmin etmiş olur. Birincisi, Qarabağın dağlıq hissəsindəki hərbi kontingentini qoruyub saxlamaq, ikincisi, Ermənistanı Rusiya təsir dairəsindən çıxmağa qoymamaq, üçüncüsü, Azərbaycanı Rusiyanın sferasında saxlamaq. Bəli, Azərbaycan Rusiyanın sferasındadır. Azərbaycanın bu gün atdığı bütün addımlar Rusiyanın marağındadır. Bax, buna görə də biz Moskvadan Zaxarovanın  həmin o bəyanatsayağı açıqlamalarını-filanlarını, çağırışları eşidirik”,- deyə analitik vurğulayıb.  

Share on Facebook