Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva formada qalma sirlərini bölüşüb.
Axşam.az-ın məlumatına görə, o, çörək yemədiyini və qidalanma rejiminə diqqət yetirdiyini bildirib:
"Formada qalmağımın səbəbi ürəyim istədiyi yeməkləri yeməməyimdir. Bəzən ürəyim çox istəyəndə yeyirəm. Amma o zaman balans çox önəmlidir. İki həftədən bir bunu pozmaq olar, amma çox yox.
Çörək yemirəm. Fərqi yoxdur, qlütenli və ya qlütensiz. Belə olanda yeməklərin dadını daha çox hiss edirəm".