Məktəbli forması üçün Bakıya gələn ailə qəzaya düşdü: ata və oğlu öldü

10:04

Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayonunun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəlludlü Elnur Samit oğlu Əmirli ölüblər.

Hadisədə xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

***

Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb.

Məlumata görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib.

İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.

***

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə baş verən yol qəzasında yaralananların kimliyi məlum olub.

Məlumata görə, onlar Mələkzadə Əmirova, Elvin Əmirov, Siyafət Əmirova, Günel Əmirli, İslam Abbasov, Emil Əmirli (azyaşlı), Əlövsət Nəzərovdur.

Qəza nəticəsində Samit Əmirov və onun oğlu Elnur Əmirov hadisə yerində ölüblər.

Faktla bağlı araşdirma aparılır.

Share on Facebook