Rusiyaya PUA hücumu: İki bina vuruldu

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub.

Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb.

Məlumata görə, Moskvaya doğru uçan PUA Lyubertsı şəhərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Kursk vilayətindəki Kurçatov şəhərinə də PUA hücumu olub.

Vilayətin qubernatoru Roman Starovoytun sözlərinə görə, hücum nəticəsində yaşayış binası və inzibati binaya ziyan dəyib.

Share on Facebook