Ermənilərin səfirliyimizə hücumu nəticəsində 25 polis yaralanıb

Livanda ötən gün baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb. "Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib. Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.

Xankəndində idarəetmə quruluşu BU FORMADA OLACAQ – Azərbaycan pasportları...

Xankəndində və ətraf ərazilərdə tədricən və mərhələli şəkildə Azərbaycanın suveren hüquqları yenidən bərpa edilir. İnteqrasiya prosesində əsas işlərdən biri dövlət strukturlarının və qurumların Xankəndi şəhərində və ətraf ərazilərdə fəaliyyətə başlamasıdır. Bəs görəsən yaxın gələcəkdə həmin ərazilərdə idarətmə sistemi hansı qaydada aparılacaq və proses necə başlayacaq? Mövzu ilə bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb. “Hələki mövcud vəziyyətdə Xankəndində Fövqəladə Hallar Nazirliyinin yanğından xilasetmə qrupları fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları patrul xidməti həyata keçirir. Artıq bununla bağlı bəzi görüntülər də paylaşılmaqdadır. Görünən odur ki, Azərbaycanın dövlət strukturları yavaş-yavaş Xankəndinə və ətraf ərazilərə yerləşməyə başlayıb. Dünən qondarma rejimin başında duran şəxsin özlərini yanvarın 1-dən buraxacaqlarını elan etdilər. Əslində mən bu addımı ciddi qəbul etmirəm, çünki artıq uzun müddət idi ki, orada qondarma rejimdən çox cinayətkar xunta fəaliyyət göstərirdi. Düşünürəm ki, yaxın zamanlarda o da sıradan çıxarılacaq. Xankəndində yavaş-yavaş dövlət orqanlarının müvafiq strukturlarının təsis edilməsi prosesi başlayır. Hesab edirəm ki, öncə təhlükəsizlik orqanlarının fəaliyyəti formalaşdırılacaq. Bu gün üçün önəmli olan məsələ polis, FHN, DTX, səhiyyə orqanları və digər əsas strukturların fəaliyyətə başlamasıdır. Eyni zamanda digər orqan və strukturların da tədricən köçürülməsi işi həyata keçirilməlidir. Əlavə olaraq onu da qeyd edim ki, separatçı rejimin uzun müddət qala biləcəyini düşünmürəm və inanıram ki, Azərbaycan tərəfi yaxın zamanlarda Xankəndindən separatçı xuntanı çıxaracaq. Növbəti mərhələdə Qarabağda yaşayan erməni əsilli vətəndaşlara Azərbaycan pasportlarının verilməsi prosesi də başlaya bilər”.

Sumqayıtda partlayış oldu - Ölən və yaralanan var

Sumqayıtda partlayış olub. Sozcu.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən 27-ci binada baş verib. Qaz sızması nəticəsində meydana gələn partlayışda ölən və yaralananın olduğu bildirilir. Əraziyə yanğınsöndürən və təcili yardım cəlb olunub.

Zelenski Ukrayna ordusu və xalqı üçün sabah vacib xəbər açıqlayacağını elan edib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusu və xalqı üçün sabah vacib xəbər açıqlayacağını elna edib. Sozcu.az xəbər verir ki, Ukrayna rəhbərinin bu barədə bəyanatında deyilir: “Bu həftə dövlətimizi və xalqımızı xeyli gücləndirdi. Sabah Ukrayna üçün – əsgərlərimiz və bütün dövlətimiz üçün vacib xəbər olacaq”, – deyə prezident əlavə edib. Volodimir Zelenski Ukraynanın qələbəsi üçün çalışan hər kəsə təşəkkürünü bildirib.

Sərsəng su anbarına nəzarət bərpa edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sozcu.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarıda bizim nəzarətimizə keçib. Artıq su anabrının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.      1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar,sahil xəttinin uzunluğu - 50,25 km-dir. Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. 

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib. MHB Kürdəmir RT sədri İlham Alişov iclası açıq elan edərək Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra İlham Alişov birliyinin ümumi fəaliyyətindən və MHB rəhbərliyi ilə keçirilən görüşdən toplantı iştrakçılarını məlumatlandırdı. Toplantı iştrakçıları bir neçə məsələni, o cümlədən, görüləcək işlərdən, rayonda mövcud olan sosial problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər. İclasa MHB sədr müavini Xəzər Teyyublu onlayn qatılaraq toplantı iştrakçılarına üğurlar arzuluyaraq gələcək işlərlə bağlı tapşırıqlar verib. Daha sonra təşkilat məsələlərinə baxılıb. MHB Kürdəmir RT sədri İlham Alişov yeni qəbul edilmiş üzv Tərgül Əliyevaya üzvlük vəsiqəsini təqdim edib.

" Sovet KQB'si ilə üz-üzə kəfən geyinərək dayanmış - Ağamalı Sadiq Əfəndi

Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik"  Ağamalı Sadiq Əfəndi  Ağamalı Sadiq Əfəndi XX əsrin son 50 illiyində adı ən çox xatırlanmağa və anılmağa layiq olan adamlardandır. Təmiz mənəviyyatı, vicdanı, fədakarlığı, qorxmazlığı və cəsarəti ilə yaddaşımızda heykəlləşmiş Ağamalı Sadiq qələmi ilə yalanları sökdüyü kimi həmçinin bizim azadlığımız naminə əvəzsiz döyüş cəngavəri idi.  Ona verilən sualların birini belə cavanlandırmışdı: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. 80-lərin sonu 90-ların əvvəlində ən cəsarətli addımlar Ağamalı Sadiq Əfəndiyə məxsusdur. Şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan uzaq olduğuna görə bəlkə də adı sizlərə elədə çox tanış gəlmir. Amma tanıyanlar bilir ki, ən çətin gündə, birinci cəsarətli addımlar ona məxsus olub. 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayondakı mənzilinin həyətində keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qeyri-rəsmi ( rəsmi onsuzda qərargahı mövcud deyildi) qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərinin də redaksiyasına çevrilmişdi.  AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi. Ağamalı Sadiq fövqəladə vəziyyətlərin insanı idi. Sanki Tanrı onu bunun üçün yaradıbmış. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycan mətbuatının bütün ağır yükü onun çiyinləri üzərində hərəkət etməyə başladı.  Həmin günlərdə Ağamalı Sadiq Əfəndi "Fövqəladə Vəziyyət" qəzetini nəşr etdirir. Həmin qəzet tək milli mətbu nəşr idi. İnsanlar baş verənləri, olanları, AXC qərarlarını oradan oxuyurdular.  Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımı materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi.  Oğlu Nofəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu. Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi” Ceyhun Nəbi 

Ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası və ya kontingenti olmamalıdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva "Rusiya sülhməramlı kontingentinin" Dağlıq Qarabağda qalma müddətinin uzadılmasının Bakı ilə müzakirəsini davam etdirəcək.  O, bunu belə əsaslandırıb ki, hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur, Moskva da bölgədəki kommunikasiyaların açılmasında maraqlıdır. "Məsələnin müzakirəsi əlbəttə çətindir, çünki söhbət Azərbaycanın ərazisindən gedir, amma Moskva Dağlıq Qarabağa köməyini davam etdirməkdə maraqlıdır. Həm də kommunikasiyaların açılması hər 3 ölkənin maraqlarına uyğundur", deyə Peskov bildirib.  Hansı "Dağlıq Qarabağa" və ümumiyyətlə "Dağlıq Qarabağ" dedikdə Rusiya hakimiyyətinin nəyi və kimi nəzərdə tutduğunu Peskov dəqiqləşdirməyib. Beləliklə, ən pis gözləntilər özünü doğrultmağa başlayır və bu, artıq hansısa siyasi ekspertlərin deyil, Rusiya prezidentinin mətbuat katibinin dilindən səsləndirilir. Bizim üçün ən pis gözlənti də Rusiyanın Qarabağın Dağlıq hissəsində hərbi bazasını yerləşdirmək istəyidir. Çünki bu, Azərbaycanın əbədi olaraq Rusiya diqtəsi altında qalması demək olardı. Odur ki, indi bütün gücümüzü Rusiya hərbi kontingentinin ən geci 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılmasına yönəltməliyik. Buna daha tez nail olmaq bizim üçün daha əlverişlidir. Ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası və ya kontingenti olmamalıdır. Ona görə ki, bu, həm Azərbaycan Respublikasının qanunlarına ziddir, həm də ölkənin suverenliyinin məhdudlaşdırılması deməkdir. Ərəstun Oruclu, politoloq

David Babayan haradadır?..-“İravunk”

“Artsaxın keçmiş xarici işlər naziri David Babayanın Şuşaya təslim olmaq üçün gedəcəyini yazdığı postundan 24 saat keçib, amma harada olduğu hələ də məlum deyil. Sonuncunun postu haqda bilənlər çaşqınlıq içindədir: “Davit Babayan təslim olacaq tip deyildi” və başqa versiyaları müzakirə edirlər”. Sozcu.az xəbər verir ki, bunu “İravunk” nəşri yazır. “Digər tərəfdən, qəribədir ki, indiyədək Azərbaycan mətubuatı susur və Babayanın Azərbaycana təslim olmasını təsdiqləyən heç nə yazmır. Amma Ruben Vardanyan məsələsində dərhal məlumat verildi. İndi isə sual yaranır: Davit Babayan haradadır və ona nə olub?”- deyə nəşr sual edir. Xatırladaq ki, dünən Azərbaycanın “qara siyahı”sında olan  həm də qondarma rejimin “prezidenti”nin eks-müşaviri David Babayan Xankəndindən Şuşaya getmək qərarını açıqlayıb. O, bu barədə "Facebook" səhifəsində yazıb. "Qərarım ilk növbədə yaxınlarıma böyük ağrı verəcək, amma əminəm ki, onlar başa düşəcəklər. Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırmalar üçün Bakıya gəlməyimi tələb edib", - deyə Babayan qeyd edib.

Yevlax görüşündə nələr müzakirə olundu? - Təfərrüat

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının məlumatında bildirilib. Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Erməni generallar söz vermişdilər ki, tankları ilə Bakıya gələcəklər

Erməni generallar söz vermişdilər ki, tankları ilə Bakıya gələcəklər. Kişi kimi verdikləri sözü tutdular.  İndi tankları Qənimətlər Parkındadı, özləri də DTX-nın 4-cü mərtəbəsindəki təcridxanada.  "Kişi"lər söz demişdilər, elədilər. Halaldı. İlkin Rüstəmzadə 

Paşinyanın sözçüsü “Artsax” sözünə görə ÜZR İSTƏDİ

Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan “Artsax” sözünün işlədilməsinə görə üzr istəyib. Sozcu.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb. Qeyd olunub ki, “Artsax” sözünü işlətməmək üçün dövlət qadağası var. Məlumata görə, bunun Azərbaycanın tələblərindən biri olduğu bildirilir.

Saakyan, Qukasyan və Arutyunyan Xankəndidədir – Azadlıq radiosu

Hazırda Xankəndidəki keçmiş qondarma qurumun “prezidenti” elan olunan Samvel Şahramanyan Azərbaycan tərəfi ilə separatçıların hərbi-siyasi rəhbərliyinin Qarabağı təhlükəsiz tərk etməsi məsələsi ilə bağlı danışıqlar aparır. “Azadlıq” radiosuna hökumətyönlü dairələrin bildirdiyinə görə, qondarma qurumun üç keçmiş rəhbəri - Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan, həmçinin keçmiş “xarici işlər naziri” David Babayan həbs olunmaq təhlükəsi altındadır. Bundan başqa, Reuters mənbələrinin məlumatına görə, Azərbaycanda müxtəlif ittihamlarla həbs etmək istədiyi iki yüzə yaxın erməninin siyahısı var. Adının çəkilməsini istəməyən qondarma qurum nümayəndəsi Azadlıq Radiosuna deyib ki, problemin amnistiya və ya başqa mexanizmlə həll ediləcəyi bəlli deyil.Musavat.com

DTX məlumat yaydı: Manukyan həbs edildi - Video

Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir. Məlumata görə, əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak etmişdir. Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak etmişdir. Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Şahramanyanın fərmanı qanunsuzdur" - Beqlaryan ÜSYANA QALXDI

"Artsax"ın ləğvi barədə "prezident"in fərmanı qanunsuzdur". Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu özünü buraxmış qondarma "Artsaxın keçmiş dövlət naziri" Artak Beqlaryan teleqramda yazıb. Onun sözlərinə görə, heç bir "prezident"in "respublika"nı buraxmaq hüququ yoxdur: "Bu sərəncam Azərbaycanın təhdidi nəticəsində imzalanıb". Qeyd edək ki, sentyabrın 28-i Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib. Bununla bağlı separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb.

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib. Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Paşinyan bizim üçün kimdir? Düşmən yoxsa tərəfdaş? Yoxsa sülh və gələcək üçün müttəfiq?

Bildiyimiz kimi üç Qafqaz ölkəsinin yaranması İ Dünya savaşının nəticələri əsasında ciddi ərazi mübahisələri ilə müşaiyət olunmuş və sonralar Gürcüstanla bu mübahisələr yoluna qoyulsa da, Qarabağla bağlı mübahisə sovetlərin dağılması ilə məlum mərhələyə gəlib çıxmışdır. Bu baxımdan Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağ Azərbaycanın tərkib hissəsidir deməsi Qarabağ uğrunda erməni hərəkatının 100 ildən çox çəkən mübarizəsinə də qoyulan son nöqtə idi. Paşinyan,35 illik Qarabağ məcarasının Ermənistanın suveren və müstəqil dövlət kimi hərəkət etməsi və ya formalaşması üçün ən böyük maneə olduğunu anlamış, Ermənistanın müstəqil dövlət olmadığını və suverenliyinin başqa mərkəzlərdə olduğunu etiraf etmişdir və nəticədə, bu avantüradan birdəfələik qurtulmaq yolunu tutmuşdur. Paşinyan, ərazi iddiasi ilə yaşayan Ermənistanın nə təhlükəsizlik,nə də iqtisadi inkişaf əldə edəcəyinin mümkün olmayacağını etiraf etmişdir.. Yenidən silahlanmanın və ya geosiyasi durumdan yararlanaraq xarici köməyə arxalanmanın kiçik dövlətlər üçün təhlükəsizliyə yox,daimi təhlükəyə aparacağnı anlamışdır. O, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasını Ermənistanın təhlükəsizliyi üçün mühum amil olduğunu bəyan etmişdir. Təbii ki, bütün bu köklü dəyişiklikləri və Paşinyanın strateji seçimini sürətləndirən aparıcı amil 44 günlük savaş və savaşdan sonrakı dövrdə Azərbaycan ordusunun strateji nöqtələri nəzarətə götürməsi və Ermənistanın Rusiyadan gözlədiyi dəstəyi almaması ilə bağlı olmuşdur. Hadisələrin bu cür gedişi Paşinyana da fayda gətirmiş və Rusiyadan qurtulmaq istəyində olan Ermənistana Rusiya qarşısında arqumentli hərəkət etməyə imkan vermişdir.  Paşinyanın ABŞ və İngiltərənin kəşfiyyat liderlərini Yerevana dəvət etməsi və Türkiyə və Erdoğan ilə münasibətlərin qurulması strateji seçimin onlara bəyan edilməsi idi. Bu dövrə qədər, 44 günlük savaşdan sonra da Paşinyanın özünün səsləndirdiyi “DQ-ın statusunun dəqiqləşdirilməsi”, “milli müqəddaratının təmin edilməsi”, “xilas naminə ayrılma”  tezısləri, ATƏT Minsk grupu həmsədrlərinin, müharibədən əvvəlki 3 prinsip və 6 elementlərini hər imkanda xatırlatması,eynilə hər gün ABŞ –ın Ermənistandakı səfirinin bögələrdə və TV-lərdə “DQ-ın statusu hələ müəyyən edilməyib, münaqişə hələ  bitməyib” bəyənatları, Fransa Senatı və Parlamentinin DQ-ı tanımaq qərarları, Rusiyanın isə “statusu soznatelno sonraya saxlamışıq” bəyənatları Paşinyanın strateji seçimi ilə tarixin zibilliyinə atıldı.  2022 –ci il Oktyabrında Praqada və sonra Soçidə razılaşdırılan Bəyannamə sonralar hər iki ölkənin ərazisini konkretləşdirən rəqəmlərlə ifadə edilmiş və Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdir.  Paşinyanın bu bəyənatları sülh müqaviləsinə gətirməsə də, Azərbaycanı bölmək istəyən və asılı vəziyyətdə saxlamağa calışan ölkələr tərəfindən də sürpriz kimi qarşılanmış və onlar da artıq yeni reallığa uyğun hərəkət etməyə məcbur olmuşlar. Paşinyanın Azərbaycanın suverenliyini tanıması, Azərbaycanın suverenlyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təzyiq və təsirləri minimuma endirmiş  və ölkəmizin daha da əminlikıə hərəkət etməsinə imkan yaratmışdır.  Paşinyanın Qarabağ Azərbaycandır deməsinə açıq şəkildə hiddətlə yanaşan yəqin ki Rusiyadan başqa bir dövlətə rast gəlinməmişdir. Belə çıxdı ki, Paşinyan Qarabağ Azərbaycandır deməklə Rusiyanın bütün planlarını pozmuşdur.  2020-ci ilin Noyabr və Dekabr aylarında Qarabağ Azerbaycanın ayrılmaz hissəsidir deyən Putin, Paşinyanın Azərbaycanın sovet sərhədlərində tanımasını qəzəblə qarşılayır və əvəzində  müharibədən əvvəl gedən “sülh prosesində” onun, Kəlbəcər və Laçın qarışıq,Qarabağın Ermənistan yursdiksiyasında olacağı planlarını müzakirə etdiyini deyirr...  Digər tərəfdən, Lavrov biz yox,  Praqa bəyannaməsini imzalamaqla Paşinyan Qarabağı Azərbaycana verdi, Rusiyanın bölgədəki missiyasını,sülhməramlı qüvvələri qeyri-müəyyənliyə gətirdi....deyir.. Son bəyənatla da Rusiya bütün bunları bir daha təkrarladı....statusu gələcək nəsillər həll edəcəkmiş və o zamana qədər də Qarabağ Rusiyanın məsuliyyət zonası olacaqmış....   Bütün bunları analiz etdiyimiz zaman ortaya haqlı bir sual çıxır. Bizim Ermənistanla davamlı sülh yaratmaq üçün müttəfiqimiz kimdir?. ABŞ, Fransa, AB yoxsa Rusiya? Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Paşinyan, yoxsa bunu etdiyinə görə onu qınayan Putin Rusiyası?  Əlbəttə, bu gün Azərbaycanın sülh tərəfdaşı sözsüz ki, Nikol Paşinyandır.  Təbii ki, Paşinyanın da hansı düşüncələrin hakim olduğu Ermənistanı təmsil etdiyini bilirik. Amma əsas məsələ onun tutduğu yoldur. Bizim məqsədimiz Azərbaycanın suverenliyini və təhlükəsiziyini təmin edən davamlı sülhü təmin etməkdir. Bu yolda o bizimlə birgə hərəkət edirsə, demək biz də onun hərəkəti üçün münbit şərait yaratmalıyıq. Diplomatiya heç də nə ağ və nə də qara rəngdə olur. Əgər kənardan baxsaq, onun özü də bu istiqamətdə gələcəyə yönəlimiş cəsur addımlar atır. Son anti-terror əməliyyatı zamanı Paşinyanın göstərdiyi baxış gələcəyə yönəlmiş və iki ölkə arasında barışa söykənmiş yanaşma idi. Onun başqa cür hərəkət etməsi, nəticəsindən asılı olmayaraq daha da düşmənçilyə aparan və xoş mərama yol qoymayan və Ermənistan üçün alçaldıçı sülhə gətirən addım olardı. Paşinyanın tutduğu məsuliyyətli mövqe Azərbaycanla ikili münasibətlərin ilkin təməlinə qatqı oldu. Rusiya XİN –nin son bəyənatı Paşinyanın bu cür mövqeyinə də faktiki etiraz edir... Bu baxımdan biz hər alanda qarşıdurma yox, incə diplomatiya yürütməmiz lazım. Azərbaycanda Paşinyanı linç edən telegram kanalları, saytlar, qəzetlər və TV- lərdən başa düşülən odur ki, hamı Paşinyanın şeytan imicini yaradaraq onun getməsini, uğursuzluğa məruz qalmasını istəyir. Onu linc etməklə ixtisaslaşan xüsusi jurnalistlər təbəqəsi yaranmışdır. Hər gün eyni istiqamətdə bu kampaniya gedir. Heç işğal dönəmində bu cür halla rastlaşmırdıq. Bu cür yanaşma Azərbaycana nə verəcək və bizim maraqlarımıza nə qədər uyğundur? Aparılan  kampaniya hansı rasional yanaşmaya xidmət edir?. Tamam, o zaman sabah Paşinyan devrilerek getdi. Yerinə təbii ki, onu devirenlerden biri gələcək.  Onun yerinə gələn Qarabağ Azərbaycandır deyəcəkmi?. Yox, deməyəcək. Sahədə vəziyyəti də dəyişə bilməyəcək, amma yeni vəziyyət heç də Azərbaycanın maraqlarına uyğun olmayacaq. Və pusquda duran beynəlxalq qüvvələr və Rusiya müdaxilə üçün yeni variantlar ortaya qoyacaq.     Azərbaycan artıq Qarabağda suverenliyini təmin etmək üçün tələb olunan bütün addımları atmışdır. İndi biz qalibik, biz dəfələrlə üstünük. Və həm gücümüzlə və həm də intellektual yanaşma və baxışımızla, sözdə və əməldə sülh dili və sülh mədəniyyəti ilə hərəkət etsək, müharibədə qalib gəldiyimiz kimi sülhə də nail olacağıq. Belə olursa, bizə qarşı yönəlmiş çox sayda maneələri və bizə qarşı yaradılmış beynəlxalq ön yarğıları tezliklə aşacağıq.  Önümüzdə bu məsələnin sülh müstəvisinə keçirilməsi və yerli erməni əhalisinə təhlükəsiz yaşaması üçün şəraitilərin yaradılması artıq Azərbaycan dövlətinin Konstitusiya məsuliyyətidir. Artıq düşmənçilik yox, münasibətlərin qurulması və inam yaradılması önə çıxmalı və Azərbaycanın dövlət orqanları yerli erməni əhalisinə həssas yanaşmalıdır. Azərbaycan dövləti öz suverenliyini şərəflə bərpa etdiyi kimi, öz erməni vətəndaşlarına da sahib çıxmalıdır. Bu cür olursa, Azərbaycan dövləti nihayi halda daha da gücü olacaq.  Digər tərəfdən, indiki halda evakuasiya olunan erməni kəndlərindəki evlərin və mülkiyyətin qorunması təhlükəsizlik qüvvələrinin 1 nömrəli vəzifəsi olmalıdır. Hər hansı dağıntı və talanın qarşısı alınmalıdır. Bunu törədənlər sərt cəzalandırılmalıdır. Mən erməni mülki vətəndaşların öz evlərini,bağ və bostanlarını qoyub getməsinin əlbəttə əleyhinəyəm. Bunu həyatı dağılmış, ürəyi dağlanmış və 30 ildir evinə gedə bilməyən bir qaçqın kimi deyirəmsə, demək ki,insanlıq bunu deyir. Onlar indi panikaya qatılıb öz evlərini tərk etsə də, qısa müddətdən sonra ayaqyalın öz evlərinə dönməyə çalışacaqlar Həyatı dağılmış süni həyat sürən birisi olaraq, bu cür talehi heç kimə arzu etmirəm. Biz yüz minlərlə insanımıza fəlakət gətirən və vətənimizi xarabaya çevirən zəhərli erməni nasist düşüncəsini oğullarımızı qurban verərək məhv etmişiksə, o zaman azad etdiyimiz bu torpaqlarda yaşayan ermənilərə insanlığı və hansı insani təfəkkürə sahib olduğumuzu nümayiş etdirməliyik.moderator) Elxan Mehdiyev Tədqiqatçı-alim

Paşinyan onları Bakıya təhvil verəcək - ŞOK İDDİA

Son günlər Qarabağın dağlıq hissəsində baş verən hadisələri separatçılar üçün "sonun başlanğıcı" olaraq qiymətləndirmək olar. Azərbaycanın “qalın, getməyin” təkliflərinə baxmayaraq, separatçılar tərəfindən bölgədən göndərilən sıravi ermənilərin Ermənistana qaçması isə görünür başda Rusiya sülhməramlıları olmaqla, bir çox qüvvələrin maraq dairəsindədir.  Hadisələrin bir-birinin ardınca baş verməsi, eləcə də separatçılar üçün halqanın daralması onlara görə ölümə bərabər bir situasiyadır desək, yanılmarıq. Son bir həftə ərzində baş verən olayların xronoloji ardıcıllığı isə onu deməyə əsas verir ki, 30 ildən çoxdur Qarabağda yuva salmış, indi isə qapana qısılan separatçıları nə Ermənistan, nə də digər ölkələr qəbul etmək niyyətində deyil.  Azərbaycanın 19-20 sentyabrda antiterror əməliyyatlarına start verməsindən sonra qondarma “Artsax Müdafiə Ordusu”nun ağ bayraq qaldıraraq özünü buraxması, əslində, separatçı xunta üçün kəndirin nazildiyi yerdən qopması anlamına gəlir. Elə daha sonra baş verənlər də fəlakətin onlar üçün hələ qabaqda olması anlamı daşıyırdı. Qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbsi, Xocalı qatili Vitali Balasanyanın Əsgərandakı evində sonunu gözləməsi, qondarma rejimin yeni “seçilən” “prezident”i Samvel Şahramanyanın tanınmamış “DQR”in buraxılması üçün imzaladığı “fərman”, Azərbaycan xüsusi-xidmət orqanlarının və silahlı qüvvələrin Ağdərə, Xocavənd və Xankəndiyə girməsi və digər amillər buna sübut ola bilər.  İndiki mərhələdə Qarabağdan könüllü surətdə Ermənistana gedən ermənilərinİrəvanda bomba effekti yaratması təhlükəsi var. Bir çox analitiklər düşünür ki, Qarabağı tərk edən ermənilər İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətinə xüsusi nifrəti ilə seçilən şəxslərdir və onların Paşinyan hakimiyyətinə qarşı baş verə biləcək hər hansı bir etiraz aksiyalarında maşa rolu oynaması istisna deyil. Doğrudur, qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan başda olmaqla, bir çox separatçı komandirlər, habelə “Qarabağ klanı”nın bəzi üzvləri Ermənistana qaçsa da, Paşinyanın “qara siyahı”sında olan bir neçə separatçı xunta üzvü də var ki, onlar üçün Ermənistana getmək Qarabağda qalmaqdan daha təhlükəlidir.  Qeyd edək ki, ötən gün Ermənistanın “Hraparak” nəşri də separatçı liderlərin Qarabağda olması ilə bağlı bir məqalə paylaşmışdı. Nəşr yazırdı ki, hazırda separatçı rejimə məxsus bir çox “komandirlər”, “eks-prezidentlər” və tanınmamış “DQR”də fəaliyyət göstərən bəzi “qurumlar”ın nümayəndələri bu günə qədər Xankəndini tərk etməyib. Bildirilib ki, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digər separatçı “rəhbərlər” hələlik Xankəndidədir və onların bölgədən çıxması mümkünsüzdür. Ermənilərin Qarabağı tərk etməsi fonunda bir çox erməni konfliktoloq və siyasilər isə rəsmi İrəvanın Qarabağ separatçılarına dəstək çıxmamaqda, habelə onların Ermənistana gəlməsində maneələr törətməkdə ittiham edirlər. İddialara görə, Nikol Paşinyan hakimiyyəti başda Araik olmaqla digər bölücü “siyasilər”in Ermənistana ayaq basacağı təqdirdə onların Azərbaycana ekstradisiya ediləcəyini bildirib. Məhz buna görə də Araik və ətrafı hazırda Xankəndidə gözləmə mövqeyindədir və ola bilsin ki, Azərbaycan DTX-si onun qapısını yaxın günlərdə çalsın. yenisabah)

Xankəndidəki partlayışda ölənlərin sayı artdı

Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölən 170 nəfərin meyitinin qalıqları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqlarına əsasən məhkəmə tibbi ekspertiza 170 nəfərin öldüyünü təsdiqləyib. Meyitlərin qalıqları və şəxsi əşyalar DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək. Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub.

Xankəndinin təhvil-təslim prosesi niyə 3 ay davam edəcək?

Qarabağdakı separatçı rejimin özünü rəsmi olaraq buraxmasından sonra müzakirə olunan məsələlərdən biri də “prosesin niyə 2024-cü ilin 1 yanvar tarixinə” qədər davam etməsi, yaxud “niyə indi tam ləğv edilməməsi” ilə bağlıdır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu məsələlər həm Ermənistanda, həm Azərbaycanda müzakirə olunur. Ermənistanda müxtəlif iddialar irəli sürülür. İddia olunur ki, Paşinyan hakimiyyəti separatçılardan belə istəyib və 1 yanvarı - Yeni il bayramını ermənilər üçün “yasa” çevirməyi planlaşdırırlar. Azərbaycanda isə belə iddialar irəli sürülür ki, qarşıdakı 3 ay ərzində vəziyyət dəyişə və separatçılar yenidən dirçələ bilərlər. 3 aylıq vaxt məsələsi də Rusiyanın planıdır. Bu iddiaların inandırıcılığı yoxdur. Təbii ki, Ermənistanda kimlərin hansı iddia irəli sürdüyü, nələr uydurduğu bizim üçün maraqlı deyil. Azərbaycanda irəli sürülən iddialar isə reallığa uyğun gəlmir və mövcud reallıqları nəzərə alnmadan irəli sürülən iddialar absurd görünür. Birincisi, qarşıdakı üç ay ərzində Qarabağda separatçıların dirçəlməsi üçün hərbi, siyasi, iqtisadi imkanları praktiki olaraq yoxdur; İkincisi, nəinki Rusiya, istənilən güc bu vəziyyəti dəyişdirə bilməz. Özünü buraxan separatçılara 3 ay – 1 yanvar 2024-cü il tarixinə qədər vaxtın verilməsinin yeganə səbəbi təhvil-təslim prosesinin həyata keçirilməsidir. Azərbaycan bunu 24 saat ərzində də edə bilər, lakin belə bir addım erməni əhalisinin reinteqrasiyası prosesində problemlər yarada bilər, o baxımdan, Xankəndində mərkəzi hakimiyyətin bərpası mərhələ-mərhələ həyata keçiriləcək. Və bayrağımızın ən gec 3 ay sonra Xankəndində dalğlanacağı şübhəsizdir.

SON DƏQİQƏ! Azərbaycan Ordusu Xankəndiyə daxil oldu

Azərbaycan Ordusu Xankəndi şəhərinə daxil olub. Sozcu.az xəbər verir ki, ordumuzun şəhər küçələrində olmasını əks etdirən görüntülər yayılıb.

Müşahidə missiyasında israrlılığın əsasında Qarabağ üçün də Kosovo variantı dayanmır ki?..

“Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...” “Hesab edirəm ki, Azərbaycan DSX Azərbaycanı tərk edən ermənilərin sayı haqqında həqiqəti əks etdirən rəqəmləri sonda deyil, bu günlərdə açıqlayacaq...” “Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır...” “Mən təsdiq edərdim ki, bütövlükdə Dağlıq Qarabağa münasibətdə biz atəşkəsin qorunmasını, humanitar ehtiyacların ödənilməsini, həmçinin şəffaflığı təmin edəcək və Dağlıq Qarabağın sakinlərinə inam yaradacaq müstəqil beynəlxalq missiyanın tezliklə yaradılmasını vacib hesab edirik. Mövcud vəziyyət üzərində işləmək bizim üçün prioritet məsələdir.” Bu sözlər ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Millerə məxsusdur. Miller onu da əlavə edib ki, bu təklifi xarici müttəfiqləri və tərəfdaşları ilə müzakirə edirlər. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti  İlham Əliyevlə telefon danışığında beynəlxalq müşahidə missiyasının Qarabağda fəaliyyət göstərməsinə şərait yaradılması məsələsini xahiş etmişdi. ABŞ və onun müttəfiqlərinin müşahidə missiyasında israrlı görünməsinin əsasında nə dayanır? Kosovo variantımı? Kosovonu tərk edənləri də Qərb beynəlxalq təminat adı ilə geri qaytarıb Kosovonu müstəqil dövlət kimi  tanıdı. Qarabağdakı mövcud vəziyyət Kosovo ilə eyni olmasa da, Qərbin müşahidə missiyasının xoşməramlı olması şübhəlidir. Azərbaycan Bakıda fəaliyyət göstərən BMT nümayəndəliyinin rezident-kordinatorunun müşahidə missiyasını həyata keçirməsinə etiraz etmədiyini bildirib, amma görünür bu format ABŞ-ı qane etmir və daha geniş heyətlə fəaliyyətə başlamağı planlaşdırır. Əgər Azərbaycan dövlət strukturları hələ Xankəndidə və Rusiya sülhməramlılarının hələlik nəzarət etdikləri digər ərazilərdə fəaliyyətə başlamayıblarsa, müşahidə missiyası nəyi müşahidə etmək istəyir? 24 saatlıq lokal əməliyyat bitib, tərksilah prosesi gedir, erməni əhalisinin nümayəndələri ilə humanitar və digər məsələlərlə əlaqədar görüşlər keçirilir, separatçı rejim özünü buraxdığını elan edib. Qarabağ ermənilərini köçməyə biz deyil, məhz erməni “başbilənlər” özləri məcbur edir ki, Azərbaycanı yalançı “etnik təmizləmə”də ittiham edib beynəlxalq məhkəməyə versinlər və sairə. Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyəti isə hələlik rəsmən mövcud deyil. Kənardan humanitar yardım müxtəlif qurumların simasında davam edir. Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...  Bu, məsələnin bir tərəfidir. Azərbaycan qərəzsiz müşahidə missiyasından çəkinmir, əksinə onların obyektiv mövqe tutmaqla ermənilərə göstərdiyi humanitar yardımlara, perspektivdə isə tam təhlükəsizliklərinin təmin edildiyinə, hüquqlarının qorunmasına şahidlik etməsini istəyir. Təəssüf ki, Samanta Pauer Gorusda müsahibə verərkən Azərbaycanı ittiham edəcək sübutlar axtardığını və perspektivdə ABŞ Prezidenti Baydenə məruzə edib hansı qərarların qəbul ediləcəyindən danışır. Hər zaman olduğu kimi indi də Qərb mediası “etnik təmizləmə”dən danışır, Ermənistan ərazisinə daxil olmuş Qarabağ ermənilərindən müsahibə alıb,  onların yalanlarını tirajlayırlar. Biz Qərbin bu ikili standartlarına adət etmişik, bizim üçün yenilik deyil... Azərbaycan üçün ilin sonunadək həqiqətən fürsət zamanıdır. Üç ay ərzində Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımlarını genişləndirməli və sosial proqramlarını elan edib, həm də Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlarınının qorunduğunu praktiki şəkildə həyata keçirməlidir. Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır. Açığını deyək ki, hazırda erməniləri daha çox əmlakları, evləri, bir sözlə şəxsi mülkiyyətləri düşündürür. Sabah bir erməninin əmlakına qanuni sahib olduğu və onu satdığı nümunə olaraq çox tərəddüdləri aradan qaldıracaq. Biz bunu zamanında -Birinci Qarabağ müharibəsində də görmüşük və ermənilər mülkiyyətləri ilə bağlı özlərinin qərar verdiyini biləndə situasiya tamam dəyişəcək, o zaman yalançı “etnik təmizləmə” keçməyəcək...  Odur ki, beynəlxalq müşahidə missiyası bizim üçün problem yarada bilməz. Əlbəttə, missiyanın azsaylı tərkibi və fəaliyyət müddəti Azərbaycanla razılaşdırılmalı və heç bir hərbi strukturun daxil olmasına imkan verməməliyik. Qeyd edək ki, Rusiya hərbi kontingenti də Qarabağda qaldığı müddətdə oraya başqa ölkənin hərbi heyətinin daxil olmasına etiraz edəcək. Beynəlxalq müşahidə missiyasının yekun rəyinin bizim üçün müsbət və ya mənfi məzmun daşımasından asılı olmayaraq  nə siyasi, nə də hüquqi xarakteri yoxdur. Azərbaycanı tərk edən ermənilərin sayı haqqında Ermənistan tərəfdən verilən rəqəmlər inandırıcı deyil və Azərbaycana qarşı növbəti və bəlkə də sonuncu “arqumentdi”.  Hesab edirəm ki, Azərbaycan DSX sonda deyil, bu günlərdə həqiqəti əks etdirən rəqəmləri açıqlayacaq.  Ermənilər hazırda özlərindən başqa bütün dünyanı günahkar hesab edirlər, sanki bəşəriyyətin problemi daşnakların iddialarını təmin etmək olmalıymış. Bu iddiaları ilə dünya ölkələrini də bezdirdiklərinin fərqində deyildilər. Odur ki, yekun mərhələyə daxil olan Qarabağ məsələsi yalnız Azərbaycanı deyil, dünyanı da rahatlatdı. Müşahidə missiyaları, hansısa bəyanatlar erməni gözündən pərdə asmaq üçündür, sadəcə, bu pərdə arxasından onların bir daha Azərbaycan torpaqlarına baxa bilməsinə imkan verilməməlidir...moderator İlham İsmayıl

BMT missiyasını Qarabağa buraxırıq - Hacıyev

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir: "Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”. H.Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma məsələ ilə bağlı bəyanatını şərh edərkən “etnik təmizləmə” ifadəsi istifadə etməsi ittihamını “təhqir” adlandırıb: “Təəssüf ki, dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur”. Prezidentin höməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib: “Lakin insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edəcək və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”. H.Hacıyev vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.

Rus ordusu Ukraynada “əriyir”

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 340 hərbçisini itirib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 277 660 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 10 zirehli döyüş maşını, 34 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.