Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a bildirilib ki, hadisə dünən saat 18:40 radələrində köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində olub.
Belə ki, E.Mütəllimov idarə etdiyi avtomobillə 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.