“Artsaxın keçmiş xarici işlər naziri David Babayanın Şuşaya təslim olmaq üçün gedəcəyini yazdığı postundan 24 saat keçib, amma harada olduğu hələ də məlum deyil. Sonuncunun postu haqda bilənlər çaşqınlıq içindədir: “Davit Babayan təslim olacaq tip deyildi” və başqa versiyaları müzakirə edirlər”.
Sozcu.az xəbər verir ki, bunu “İravunk” nəşri yazır.
“Digər tərəfdən, qəribədir ki, indiyədək Azərbaycan mətubuatı susur və Babayanın Azərbaycana təslim olmasını təsdiqləyən heç nə yazmır. Amma Ruben Vardanyan məsələsində dərhal məlumat verildi. İndi isə sual yaranır: Davit Babayan haradadır və ona nə olub?”- deyə nəşr sual edir.
Xatırladaq ki, dünən Azərbaycanın “qara siyahı”sında olan həm də qondarma rejimin “prezidenti”nin eks-müşaviri David Babayan Xankəndindən Şuşaya getmək qərarını açıqlayıb. O, bu barədə "Facebook" səhifəsində yazıb.
"Qərarım ilk növbədə yaxınlarıma böyük ağrı verəcək, amma əminəm ki, onlar başa düşəcəklər. Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırmalar üçün Bakıya gəlməyimi tələb edib", - deyə Babayan qeyd edib.