“Biz ilk növbədə başa düşməliyik ki, Azərbaycan nəyə hazırdır, hansı danışıqlara hazırdır”.
Qarabağdakı gorbagor separatçı-terrorçu rejimin keçmiş “müdafiə naziri”, 1994-cü il “atəşkəs”inin həmmüəllifi, sentyabrın 19-20-dəi hərbi əməliyyatlarda sonra müəmmalı şəkildə Ermənistana keçmiş general Samvel Babayan jurnalistlərə bildirib ki, o, Qarabağ ermənilərinin geri köçürülməsini real hesab edir.
Moderator.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.
“Göndərdiyimiz təkliflər paketi, hazırdırsa, bu barədə danışacağıq, o səlahiyyətləri alacağıq, kimin danışıqlar aparacağını anlayacağıq. İndi bunu müzakirə etməyə çalışmaq düzgün deyil”.
Babayan bildirib ki, Azərbaycan öz daxili problemini Ermənistanla müzakirə etmək istəmir.
“Azərbaycan Qarabağ problemini özünün daxili problemi hesab edir və bunu sizinlə müzakirə etməyə hazır olmayacaq, ancaq Qarabağ xalqı seçdiyi rəhbəri ilə bunu müzakirə edərsə, bu, artıq başqa problemdir”,- separatçı general belə deyib.
Sonda Babayan çərənləyir ki, Qarabağdan köçən ermənilərə xüsusi status, muxtar vilayət statusu verilməsə, onlar geri qayıtmayacaq.