Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası Mahir Qəmbərov vəfat edib. Sozcu.az-ın məlumatına görə, o, ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib. Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.modern)

AYNA: Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır

Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. “Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artırılmasına gətirib çıxaracaq. Biz bunu bu mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksiylə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan qabaq ümumiyyətlə bu məsələ haqda söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır. Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır”, - Anar Rzayev bildirib./APA

Ukrayna Rusiyanın PUA anbarını vurdu: 400 “Şahid” məhv edildi

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarındakı PUA anbarını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Oktyabrsk rayonunda yerləşən anbar “Neptun R-360” raketi ilə vurulub. Zərbə nəticəsində anbarda olan 400-dən çox “Şahid” PUA-sının məhv edildiyi bildirilib.

Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınıb?

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. “Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk. Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Gəncədə taksi sürücüsü bıçaqlandı

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəsul Osmanlı saxlanılaraq istintaqa təhvil verilib.  Faktla  bağlı araşdırma aparılır. 

Biləsuvarda 2 yaşlı uşağın ölümü: Sınıqçı ev dustağı oldu

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, Biləsuvar rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər. vakansiya Sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Hava kəskin dəyişir: Temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ!

Oktyabr ayının ilk on günlüyündə olmağımıza rəğmən hava çox isti keçir. Son iki gündür 26 dərəcə olan temperatur sabahkı hava proqnozuna əsasən 30 dərəcəyə yüksələcək. Bəs payız fəslində belə istinin müşahidə olunması normaldır?  Meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib: “Ölkəmizdə payız fəsli  22 sentyabrdan 21 dekabradək davam edir. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. Şimal-qərb istiqamətindən ölkəmizə daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində həftə sonundan etibarən Bakıda və respublikamızın digər rayonlarında havanın temperaturları əvvəlki günlərlə müqayisədə 5-10°C aşağı enəcək, bir neçə gün fasilələrlə yağıntı müşahidə ediləcək”.  vakansiya Ekspert yağışlı havanın ən çox Cənub zonasını əhatə edəcəyini də vurğulayıb: “Noyabr ayında havanın temperaturunda intensiv enmə davam edəcək, minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınacaq. Payız yağıntıları ən çox Astara və Lənkəran rayonlarında müşahidə edilir”. 

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında

“Respublikanski” kimi tanıdığımız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb. Bu barədə Bakupost.az –a qadının həyat yoldaşı, İkinci Qarabağ müharibəsi qazisi Orucəli Ağayev bildirib. Onun sözlərinə görə, həyat yoldaşı oktyabrın 2-də qeysəriyyə əməliyyatı olunub: “O, hamiləlik dövründə məhz bu xəstəxanaya gəlib. Həkimi Almaz adlı ginekoloq olub. Hamiləlik normal keçib. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürüb. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif ediblər. Uşaq sağlam doğulub, ana palataya köçürülüb, ailəsi ilə görüntülü danışaraq, normal olduğunu deyib. Lakin 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”. Və hər şey də bundan sonra baş verib... Orucəli Ağayev deyir ki, ayın 3-də həyat yoldaşı ona mesaj yazıb: “Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda bildirdi ki, "mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır". Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılsın, yoxsa burada 1-2 saata öləcək”. Qazi qeyd edir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər: “Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız "Liv Bona Dea" xəstəxanası onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır”. Şikayətçi bildirir ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürəcəyini deyib: “Cəmi 1 gün xərcləri ödədi. Sonradan dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər". Qeyd edək ki, Orucəli Ağayev İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və"Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir. İddialarla bağlı Respublika Klinik Xəstəxanasının rəhbərliyi və adı çəkilən həkim G.Qəhrəmanova ilə əlaqə saxlamağa çalışdıq. Baş həkim Elviz Qasımovun ölkə xaricində olduğu bildirildi. Həkim G.Qəhrəmanova isə telefonlara cavab vermədi. Mirqasımov adına Respublika Klinik xəstəxanasının mətbuat katibi Namidə İsayeva dünəndən göndərdiyimiz sorğuya bu gün cavab veriləcəyini dedi.

Bakıda orta məktəb müəllimi özünü ASDI

Bakıda 37 yaşlı şəxs intihar edib. Sozcu.az xəbər verir ki, Yasamal rayonunun Bəsti Bağırova küçəsində yaşayan Ruslan İmanov özünü asıb. Canına qəsd edən şəxs Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olub. Onun kirayə yaşadığı evdə intihar etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

Rusiya ölkənin kritik enerji infrastrukturuna hücumu davam etdirdiyi üçün Ukrayna ən sərt qışı yaşamağa məhkumdur. Sozcu.az xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib. "NATO Ukraynaya daha çox kömək etməlidir və edəcək. Biz nə qədər çox hərbi dəstək etsək, bu müharibə bir o qədər tez bitəcək", - Rutte bildirib. O vurğulayıb ki, NATO ölkələrinin köməyi Ukraynanın mübarizəni davam etdirməsi üçün həyati əhəmiyyət kəsb edir. NATO-nun baş katibi cəbhədəki vəziyyəti Ukrayna üçün "çətin" adlandırıb: "Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirsə də, ruslar Donbasda yavaş-yavaş irəliləməyə davam edir". O, Rusiyanın itkilərinin çox olduğunu, hər gün 1000 ölü və yaralı qurban verdiklərini qeyd edib.

İranın nüvə obyektlərinə zərbə bəşəriyyətə hədiyyə olacaq

Əgər İsrail İranın soyqırımçı, teokratik və qeyri-sabit rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bu ölkənin nüvə obyektlərinə hücum etsə, bu, yəhudi dövlətinin bəşəriyyətə hədiyyəsi olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Kanada Mühafizəkarlar Partiyasının lideri Pierre Polivir deyib. Qeyd edək ki, İsrailin Tehranın raket hücumuna cavab zamanı İranın nüvə obyektləri və neft təsisatlarının da hədəf alınacağı barədə məlumatlar yayılıb.

Bu əraziyə qar yağdı

Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən 8-i günün ikinci yarısından Azərbaycanda hava şəraiti dəyişib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyi gecəyə doğru 7-12 m/s-dək zəifləyib. Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan, Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli, Kürdəmirdə 3 mm-dək olub. Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Ukrayna Rusiyanın dərinliyində daha bir böyük raket-sursat anbarını vurdu...-VİDEO

Karaçev şəhəri yaxınlığındakı anbarda döyüş sursatları, o cümlədən KXDR-dən gətirilimiş raketlər, eləcə də "KAB"  bombaları olub... Rusiyanın Bryansk vilayətində oktyabrın 9-na keçən gecə naməlum pilotsuz təyyarələrin hücumundan sonra sursat anbarında yanğın baş verib. Sozcu.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın telegram- kanalları məlumat yayıb. Bryansk vilayətinin sakinləri “davamlı partlama səslərindən” şikayətlənir və internetdə partlayışların videolarını dərc edirlər. Yerli qubernatorun sözlərinə görə, Bryansk vilayətində 12 pilotsuz təyyarənin vurulduğu iddia edilir. Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko belə deyib: "Karaçev şəhəri yaxınlığında, cəbhə xəttinə ən yaxın olan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin 67-ci arsenalı vuruldu. Sursat anbarı Ukrayna ilə sərhəddən 114 km aralıda yerləşir. Kovalenko internetdə yazıb: “Anbarda KXDR-dən olan döyüş sursatları, o cümlədən "KAB"lar(korrektə olunan aviasiya bombaları-S.L.) olub.  Onların bir hissəsi açıq havada saxlanılıb.

Universitetlər cəmiyyəti aldadır! - İTTİHAM

"Azərbaycan universitetlərinin “Times Higher Education World University Rankings 2025” nəticələri ilə bağlı bəzi manipulyasiyalar etməsi və cəmiyyətdə yanlış təəssürat yaratması ilə bağlı ciddi təhlil aparmaq vacibdir". Sozcu.az xəbər verir ki, bunu təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib. O bildirib ki, bu manipulyasiyalar əsasən, universitetlərin ümumi qlobal reytinqdə aşağı yerlərdə olmasına və ya heç olmamasına baxmayaraq, müəyyən ixtisaslar üzrə reytinqlərdə yer almasının böyük uğur kimi təqdim edilməsindən ibarətdir. K.Əsədov konkret “Times Higher Education” (THE) reytinqinə dair faktlara əsaslanaraq vəziyyəti dəyərləndirib. ““Times Higher Education” reytinqində iki əsas kateqoriya var: ümumi dünya universitetləri reytinqi (World University Rankings) və ixtisaslar üzrə reytinq (“Subject Rankings”). Ümumi reytinqdə universitetlər beş əsas meyara görə dəyərləndirilir: tədris keyfiyyəti, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə əməkdaşlıq və beynəlxalq perspektivlər. Bu reytinq dünya üzrə 2000-dən çox universiteti əhatə edir və burada yer almaq üçün geniş və hərtərəfli akademik nailiyyətlər lazımdır”. K.Əsədov deyib ki, Azərbaycan universitetlərinin heç biri qlobal miqyasda bu reytinqdə əsas yerləri tuta bilmir. “Məsələn, “THE 2025” reytinqində Azərbaycan universitetlərinin ümumi siyahıda yüksək yerlərdə olmadığı müşahidə olunur. Halbuki, bəzi universitetlər müəyyən ixtisas sahələri üzrə (“Subject Rankings”) müəyyən mövqelərə malikdir. Məsələn, Bakı Dövlət Universiteti (BDU) fizika, kimya, geologiya və mühəndislik elmləri üzrə bəzi reytinq siyahılarında görünə bilər, amma bu, onun qlobal reytinqdə lider olduğu anlamına gəlmir”, - ekspert deyib. Ətraflı O bildirib ki, bəzən Azərbaycan universitetləri bu cür ixtisas reytinqlərində yer almaqlarını ictimaiyyətə böyük uğur kimi təqdim edirlər: “Onlar bunu “...universitetimiz ölkədə liderdir” və ya “dünya reytinqində yeganə Azərbaycan universitetidir” kimi şüarlar vasitəsilə cəmiyyətə təqdim edirlər. Bu yanaşma universitetin akademik təhsil səviyyəsi ilə bağlı yanlış təəssürat yaradır. Halbuki, reallıqda, bu cür mövqelər yalnız dar ixtisas sahələrində və qlobal səviyyədə nisbətən məhdud əhatəli reytinqlərə əsaslanır”. K.Əsədovun sözlərinə görə, “Times Higher Education” reytinqinin 2025-ci il məlumatlarına görə, Azərbaycan universitetlərinin qlobal akademik reytinqdə ilk 1000-likdə və ya daha yüksək mövqelərdə yer almaması diqqət çəkir. “Ən yüksək nəticə göstərən universitetlər əsasən ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrin universitetləridir. Məsələn, Oksford Universiteti yenidən birinci yerdədir və ABŞ-dan MIT ikinci sıraya yüksəlib. Azərbaycan universitetləri isə bu sıralamada aşağı mövqelərdə qalır və qlobal rəqabətə davam gətirməkdə çətinlik çəkir. Azərbaycanın müəyyən ixtisaslar üzrə reytinqdə yer alması, məsələn, BDU-nun mühəndislik və fiziki elmlər sahəsində müəyyən mövqelərə malik olması, bu universitetlərin spesifik sahələrdə müəyyən gücə malik olduğunu göstərir. Lakin, bu nəticələr qlobal səviyyədə ümumi tədris və tədqiqat göstəricilərini əhatə etmir və ümumi təhsil sisteminin keyfiyyət göstəricisi olaraq qəbul edilə bilməz”, - K.Əsədov vurğulayıb. Ekspertin sözlərinə görə, Azərbaycanda universitetlərin “Times Higher Education” kimi reytinqlərdə əldə etdikləri nəticələrə dair manipulyasiyalar ciddi təhlil və cəmiyyətə düzgün məlumat verməyi tələb edir: “Bu manipulyasiyalar cəmiyyətə təhrif olunmuş məlumat çatdırır və Azərbaycan ali təhsil sisteminin real vəziyyətini əks etdirmir. Əgər Azərbaycan universitetləri qlobal səviyyədə tanınmaq və rəqabətə davamlı olmaq istəyirlərsə, elmi-tədqiqat sahəsinə daha çox investisiya yatırmalı, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməli və ümumi akademik keyfiyyətlərini artırmalıdırlar”.modern)

Nəsimi rayonunda qazilərin iş yerlərini əllərindən aldılar

Nəsimi rayon ərazisində küçə ticarəti ilə məşğul olmaq üçün yeddi nəfər qazi ilə birgə, Bakı Şəhər Ticarət və Xidmət Departamentinə  müraciət etmişdik. Təssüf ki, bizim müraciətimiz öz həllini tapmadı.  Bunu sozcu.az saytına Qarabağ qazisi Ayaz Qasımov bildirib.  Ayaz Qasımov bildirib ki, 44-günlük Qarabağ - Vətən müharibəsinin iştirakçıları və qaziləri olaraq, icra hakimiyyətinə və küçə ticarət departamentinə edilən müraciətə müsbət cavab verilmədikdə, Nəsimi rayon Baş Polis İdarəsinin rəisinin qəbulunda olublar və Baş Polis İdarəsində qazilərin müraciətinə müsbət cavab verilib.  Buna baxmayaraq, bir aydan sonra qaziərin ticarətlə məşğul olmaları üçün ayrılan ərazilər polis əməkdaşları tərəfindən yığışdırılb.  " Əqidə ilə döyüşən, statusuna və özünə hörmət edən qazilərə bu ölkədə çörək yoxdur və qazilərə çörək qazanmaları üçün heçbir şərait yaradılmır", - deyən Ayaz Qasımov qeyd edib ki, elə qazi yoldaşları var ki, pulsuzluqdan evinə çörək apara bilmədiyi üçün  ailəsinin-uşağının üzünə çıxa bilmir.  "Bu ölkədə hər şey oliqarx məmurlar, nazirlər, rəislər, yaltaqlar, üzə duranlar üçün ola bilər, onlar qazana, dəbdəbəli, komfortlu həyat tərzi sürə bilərlər ama şəhid ailələri, qazilər, müharibə iştirakçıları ailələrinə bir tikə çörək apara bilməzlər?" -  deyən Ayaz Qasımov, bu sistemlə qazilərin lazımı diqqət və qayğı görəcəyinə inanmadığını qeyd edib.

Bu ay Bakı ilə sülh sazişi imzalamağa hazırıq - Paşinyan

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib. O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

Müşfiqabad sakinləri 4 gündür susuz qalıb - SƏBƏB AÇIQLANDI

Bu barədə redaksiyamıza şikayət daxil olub.  Şikayətdə bildirilir ki, Müşfiqabadda məcburi köçkünlər üçün  salınan Pereşükül qəsəbəsində  4 gündür su təminatı dayandırılıb. Bəs görəsən səbəb nədir? Mövzu ilə bağlı sakinlərin şikayəti əsasında Azərsu Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik.  Moderator.az- a bildirildi ki, sözügedən ərazidə texniki problem yaranıb:  “Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə, təmir işləri aparılır. Bu səbəbdən Z.Tağıyev, Müşfiq, 28 may, Güzdək qəsəbələrinə su təchizatı dayandırılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür”.

Bu xəstəxananın 10 min manat vergi borcu var - Rəhbəri icra başçısının bacısıdır

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısının direktor olduğu xəstəxananın 10 min manatdan çox vergi borcu var. Pravda.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, icra başçısının bacısı Səfərova Kamalə Əsəd qızı 2019-cu ildən Şuşa Mərkəzi Rayon Xəstəxanasının direktorudur.  Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında yerləşən xəstəxanın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10147.21 manat vergi borcu var.  Xəstəxanaya DVX tərəfindən iki dəfə 1000 manat maliyyə sanksiyası da tətbiq edilib.  Qeyd edək ki, Bayram Səfərovun qızı Gülnar Qurbanova isə Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olub. Hazırda sözügedən məktəb adını dəyişərək Bakı şəhər 336 nömrəli tam orta məktəb olub. Sözügedən məktəbin direktoru Gülnar Qurbanovadır. 

İki yaşlı uşağın masaj zamanı ağrı şokundan öldüyü müəyyən edilib, cinayət işi başlanıb

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Təhsil Nazirliyinin sirli təmir işləri: 3,5 milyona təmir ediləcək "bir sıra təhsil müəssisələri" hansılardır?

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı tender keçirib. Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "S.H. İnşaat" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 492 100,54 manatdır. Tenderin şərtlərində görüləcək işlər haqqında məlumat olsa da, bu işlərin konkret olaraq hansı təhsil müəssisələrini əhatə edəcəyi barədə heç bir qeyd yoxdur. Bu isə satınalma müsabiqəsi ilə bağlı müəyyən şübhələr yaradır. Söhbət 3,5 milyon manat dövlət vəsaitindən gedir. Bu, kifayət qədər iri məbləğdir və naziriliyin borcudur ki, təmir işlərinin hansı təhsil müəssisələrində aparılacağını açıqlasın. Bu həm vəsaitin səmərəli xərclənməsi, həm də nəticəyə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Lakin hansısa müəmmalı səbəblərdən nazirlik təhsil müəssisələrində təmir işləri ilə bağlı tenderlər elan etdikdə ümumiləşdirmədən istifadə edir: Respublikanın bir sıra təhsil müəssisəsləri... Tenderin qalibi seçilən şirkətə gəlincə, mediada bu onun nazirliyin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsinin vəzifəli şəxsləri ilə işbirliyi barədə iddialar yer alıb. Bundan başqa, məlum olur ki, şirkət nazirliyin tərkibində fəaliyyət göstərən sözügedən idarənin tenderlərinin əvəzolunmaz qalibidir.  Şirkət ötən il idarənin 1 146 507 manatlıq bir tenderin, 2022-ci ildə 1 770 094,8 manatlıq, 765 856,96 manatlıq və 2 657 133,88 manatlıq 3 tenderinin qalibi seçilib. Bu tenderlər də təhsil müəssisələrində təmir işlərinin aparılması ilə keçirilib.  Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevdir. O, 2022-ci ildə nazir vəzifəsinə təyinat alıb. 

Bətnindəki körpə qız olduğuna görə qadını vəhşicəsinə döydülər - Uşağı tələf etdilər - VİDEO

Şəmkirdə üç övladı olan ana baldızı tərəfindən amansızcasına döyülüb. Sozcu.az xəbər verir ki, hadisə Sarıtəpə kəndində qeydə alınıb. Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilib. Bətnindəki 4 aylıq uşaq isə tələf olub. Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib. Məsələ polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Lənkəranda usta faciəvi şəkildə öldü

Lənkəranda usta faciəvi şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Rzazadə Elgün Rza  oğlu şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb. O, yerləşdiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Banka kredit borcu olanlara VACİB XƏBƏR

Əvvəllər bankların əksəriyyəti kredit verilişi və gecikmələr zamanı sərt tədbirlərə əl atırdı. Hətta uzunmüddətli gecikmələr və digər ciddi problemlər zamanı müddətli həbs tədbirləri də baş verirdi.  Lakin pandemiya dövründə və daha sonra vəziyyət ciddi dərəcədə dəyişməyə başladı. Artıq bankların bir çoxu olduqca sərfəli şərtlərlə kredit təklif etməkdədir. Bu isə kreditlə bağlı müraciət edən vətəndaşların sayında ciddi artıma gətirib çıxarır. Bəs görəsən, bu yaxın gələcəkdə banklar üçün ödənilməmiş milyardlıq borclara səbəb ola bilərmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, əslində pandemiya dövründə kredit dövrləri uzandığı üçün banklar qazanan tərəf oldular:  vakansiya “Deməzdim ki, COVİD-19 zamanı banklar tərəfindən ciddi sayıla biləcək güzəştlər tətbiq olundu. Sadəcə, kreditlərin vaxtı uzadıldı. Amma müştərilər yenə də həmin məbləği və hətta dövr uzandığı üçün daha artıq faizlər ödəyirlər. Ona görə də ciddi güzəştlərin olduğunu deməzdim. Mərkəzi Bank sadəcə banklara tövsiyə etdi ki, vətəndaşların gecikmələrini cərimə olaraq saymasınlar. Amma banklar cərimə saymalar belə, vaxt uzandığı üçün əlavə faizlər tutdu. Ona görə də bu məsələdə banklar üçün hansısa problem yoxdur”.  Ekspertin fikrincə, bankları gözləyən daha başqa təhlükə var:  “Banklar təhlükə gözləyirsə də, buna görə gözləmir. Sadəcə, banklar son vaxtlar yenə də kimə gəldi-gəlmədi kreditlər verirlər. Düzdü, əvvəlki qədər olmasa da, bu nüans banklar üçün gələcəkdə problem yarada bilər. Amma düşünmürəm ki, banklar üçün gələcəkdə hansısa ciddi təhlükə olsun”. 

Bakıda "Lənd Rover" yeniyetməni vuraraq öldürdü

Bakıda avtmobil yeniyetməni vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Bannikov Vasili Vladimiroviçin idarə etdiyi "Lənd Rover" markalı avtomobillə yolu keçən 2007-ci il təvəllüdlü İlkin Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.