Rusiya ordusunun Xarkov vilayətinin Boqoduxov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbə nəticəsində biri 10 yaşlı uşaq olmaqla, iki nəfər ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti Teleqram kanalında məlumat yayıb.
Xilasedicilər PUA-nın dağıtdığı evin dağıntılarının altından 10 yaşlı uşağın və anasının meyitini çıxarıblar.
