"KapitalBank" şəhid atasını məhkəməyə verdi - Hakim cəza kəsdi - VİDEO

Şəhid atası Mənəfov Azad Mursel oğlu “Kapital Bank”dan şikayətçidir. O iddia edir ki, ödəyə bilmədiyi kredit səbəbindən bank onu məhkəməyə verib. Qax rayon Məhkəməsinin hakimi Taleh Kərimov isə onun kreditin ödənməmiş hissəsini faizi və komissiya haqqı ilə birlikdə ödəməsi ilə bağlı qərar çıxarıb. Azad Mənəfov Bakupost/az -a deyib ki, maddi vəziyyətində, iş yerində sıxıntılar başalayana qədər borcu vaxtı-vaxtında ödəyib: ““Kapital Bank”dan 3500 manat krtedit götürdüm. Faizi ilə birlikdə 5200 manat ödəməli idim. Hazırda təxminən 2600 manat borcum qalıb. Sıxıntılara düşdüm, çətinliklər çəkdim, ödəyə bilmədim. Fəhlə işləyirəm, bir gün iş olur, beş gün olmur. Vaxtlı-vaxtında ödəyə bilmirəm deyə “Kapital Bank” məni məhkəməyə verib”. Şikayətlə bağlı “Kapital Bank”la əlaqə saxladıq. Məsələni araşdırıb cavab verəcəklərini dedilər. Qeyd edək ki, Azad Mənəfovun oğlu Nicat Mənəfov Vətən Müharibəsinin iştirakçısıdır. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ətraflı BTV-nin süjetində:

Azərbaycanda toy günü BƏY ADAM ÖLDÜRDÜ - Məclis dayandırıldı

Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb. Oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var. Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb. vakansiya 2023 Parol.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb. Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.

Küləkli havaya dair 2 XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində oktyabrın 17-si gündüzdən 19-u gündüzədək küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Sozcu.az xəbər verir ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur. 

Türkiyədə şiddətli zəlzələ: 3 bina qismən çökdü

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında bildirib. O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb. Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur. A.Yerliqayanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

Mübariz İbrahimovun atası vəfat etdi

11:35 Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun səhhətində ciddi problemlər yaranıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, o, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. *** Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. Bu barədə APA-ya Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib. Onun bu gün vəfat etdiyi vurğulanıb.

Nazir tələbə təqaüdlərindən danışdı: "Sistemləşməyə ehtiyac var"

“Azərbaycanda təhsilin əlçatanlığı istiqamətində xeyli iş görülüb. 15 il əvvəllə müqayisədə təhsil alanların sayı ikiqat artıb. Ölkə üzrə 50 faiz tələbə dövlət hesabına təhsil alır, bu da 30 min tələbə deməkdir. Elm və təhsil imkanlarının artırılması sahəsində daha bir vacib məqam müxtəlif adlarda olan təqaüd proqramlarıdır”. Sozcu.az xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib. O bildirib ki,  dörd il əvvəl bu layihəyə sadəcə bir neçə sahibkar dəstək olurdu. Bu gün isə bu say xeyli artıb. Emin Əmrullayev qeyd edib ki, bu gün Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin təşkili daha institusional forma alıb: “Cari ildə bakalavr səviyyəsində təhsilə 60 minə yaxın tələbə qəbul olub. Oxşar statistika magistratura səviyyəsində də müşahidə olunur. Ali təhsil alan şəxslərin yarısından çoxu dövlət sifarişi ilə təhsil alır. Həmçinin sosial həssas qrupa aid tələbələrin də təhsil haqları dövlət tərəfindən qarşılanır”.  O vurğulayıb ki, tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edib. Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq. “Bu il Qarabağ Universitetində bir neçə Dövlət Proqramı məzunu tədris prosesinə qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu məzunlar Azərbaycana qayıdaraq əmək bazarında rəqabətli mühit yaradacaqlar”, - deyə nazir qeyd edib. ("Azərbaycan müəllimi" qəzeti)

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında oktyabrın 16-sı gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiay Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. vakansiya Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Azərbaycanda 17 yaşlı oğlan qızdırmadan öldü

Azərbaycanda yeniyetmə qızdırmadan ölüb.  Hadisə Şirvan şəhərində qeydə alınb.  2007-ci il təvəllüdlü Mirramil Nəzərli Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olub və yüksək hərarətdən orada ölüb.  vakansiya Yeniyetmənin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.  Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır. (lent.az) 

Valideynlər uşaqlarının əcəlini belə gətirir - TƏHLÜKƏ VAR!

Son vaxtlar sürücülük vəsiqəsi olmayan və azyaşlı “sürücülərin” iştirakı ilə baş verən qəzaların sayı xeyli artıb. Bir çox hallarda valideynlərinin icazəsi olmadan, hətta bəzən valideynlərin razılığı ilə avtomobil idarə edən uşaqlar və yeniyetmələr praktiki sürücülük vərdişlərinin yetərincə olmaması səbəbindən qəza törədirlər.  Ölkəmizdə maşın sürməyin, avtomobil sahibi olmağın xüsusi dəyər daşıması çoxlarına məlumdur. Lakin belə hallar təkcə qanunsuz formada nəqliyyat vasitəsi idarə edən şəxslərin deyil, eyni zamanda bir çox insanın da həyatı üçün ciddi təhlükə yaradır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, onsuz da qanunsuz olan bu kimi halların iri şəhərlərdə baş verməsi ciddi təhlükələrə səbəb olur:  vakansiya “Sürücülük vəsiqəsi olmayan şəxslərin, xüsusən azyaşlıların nəqliyyat vasitələrini idarə etməsi qəti qadağandır. Ələlxüsus da iri şəhərlərdə bu birmənalı şəkildə yolverilməzdir. Ayağı pedallara çatmayan, sükan mexanizminə uyğun olmayan uşaqlar maşın idarə edən zaman, hər saniyə qəza riski yarada bilər. Yaxşı olar ki, valideynlər uşaqlarda avtomobil sürməyi və praktiki vərdişləri artırmaq üçün şəhərdənkənar bir məkan seçsinlər.  Ekspertin fikrincə, azyaşlılar sürücülük vərdişlərini insanların olmadığı, daha açıq ərazilərdə icra etməlidir:  “Təbii ki, azyaşlı olsa belə, onu avtomobil idarə etməkdən tamamilə təcrid etmək olmaz. Amma öyrənmək üçün uyğun məkanlar seçilməlidir. Belə təcrübələrin yeri şəhər mərkəzi deyil. Bu cür yanlış addımların nəticəsi bədbəxt hadisələrlə müşayiət olunan qəzalar olur. Sürücülük vəsiqəsinin əldə edilməsi üçün standart yaş nəzərdə tutulub. Hər kəs vaxtı çatanda bu vəsiqəni ala və nəqliyyat vasitəsini idarə edə bilər”. 

Prezident onlara yüksək vəzifə verdi - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin; 1.2. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin; 1.3. İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin; 1.4. Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin; 1.5. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin; rayon (şəhər) məhkəmələri üzrə: 1.6. Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.7. Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.8. İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilsin; 1.9. Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.10. Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.11. Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; 1.12. Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İranda 48 nəfər saxta spirtdən ölüb - Yüzlərlə zəhərlənən var

İranda 48 nəfər tərkibində metil spirti olan saxta spirtdən zəhərlənərək ölüb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mazanderan, Gilyan, Həmədan və Zəncan əyalətlərində baş verib. Yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazanderanda 21, Gilyanda 15, Həmədanda 11 və Zəncanda 1 nəfər ölüb. Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib. Yerli hakimiyyət orqanları saxta spirt istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb. Görülən tədbirlərə baxmayaraq, faciənin miqyası çox böyük olub.

Bakıda 37 yaşlı kişi qətlə yetirildi

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

İsmayıllıda ağır qəza: ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, İlqar Axundovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Anar Həsənovun idarə etdiyi "KİA Ceed" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.Axundov xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanıb.

65 yaşlı kişi ağacdan yıxılaraq öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb. Kənd sakini olan 65 yaşlı Dilqəm Zeynalov yaşadığı evin həyatində ağacdan yıxılıb. Ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 670 mini ötdü

Ukrayna müharibənin 964-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 670 190 hərbçi, 8 975 ədəd tank, 17 895 ədəd zirehli döyüş maşını, 19 421 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 622 ədəd avtomobil texnikası, 17 009 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 437 xüsusi avadanlıq itirib.

Trampa 3-cü “sui-qəsd” cəhdi: saxlanılan azad edildi

Donald Trampın Kaliforniyada çıxış etdiyi məkanın yaxınlığında üzərində ov tüfəngi və tapança ilə saxlanılan Las-Veqas sakini Vem Miller 5 min dollar girov müqabilində sərbəst buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. O, Donald Trampa sui-qəsd cəhdi ittihamını rədd edib. Qeyd edək ki, ötən gün saxlanılan Vem Miller Trampa su-qəsd cəhdində şübhəli bilinirdi.

Azərbaycanda leysan - FAKTİKİ HAVA

Sabah, oktyabrın 13-ü saat 09:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti qeyrı-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən şərq rayonlarında güclü olub. Düşən yağıntının miqdarı Sabirabadda 57 mm, Lənkəranda 47 mm, Cəfərxanda 23 mm, Astara, Neftçalada 5 mm, Qrız, Yardımlı, İsmayıllı, Şahdağ, Mingəçevir, Altıağac, Xaçmaz, Xaltan, Oğuz, Qəbələ, Şəki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şamaxı, Quba, Qusar, Şabran, Goranboy, Yevlax, Göyçay, Zərdab, İmişli, Şirvan, Bərdə, Biləsuvar, Xınalıq, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 9 mm, Pirallahıda 2 mm, Çilov adası, Maştağa, Binədə 1 mm-dək olub. Şəmkir, Naftalan, Göygöl, Balakən, Daşkəsən, Lerik, Qrız, Tərtər, Göycay, Şəki, Qax, Qobustan, Quba, Qusar, Qəbələ, Xınalıq, Xaltanda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Rusiyanın Su-34 qırıcısı F-16 ilə vuruldu

Oktyabrın 12-də Rusiyanın itirdiyi Su-34 qırıcısı F-16 ilə vurulmuş ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Qeyd olunub ki, rusiyalı məşhur hərbi müxbirlərdən biri qırıcının Ukraynanın fəaliyyəti ilə bağlı olmadığını, texniki çatışmazlıq və ya pilot səhvindən qəzaya uğradığını yazıb: “Lakin Hava Desant Qüvvələrinin zabitləri və Rusiyanın “Dnepr” qruplaşmasının üzvlərinin işlətdiyi Teleqram kanalı təsdiq edir ki, Su-34 F-16 qırıcısı ilə vurulub. Kanal bildirib ki, Su-34 cəbhənin 50 kilometrliyində FAB bombası atarkən vurulub”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 963-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 668 930 hərbçi, 8 971 ədəd tank, 17 876 ədəd zirehli döyüş maşını, 19 410 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 584 ədəd avtomobil texnikası, 16 992 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 435 xüsusi avadanlıq itirib.

Moskva və Piterdə səfərbərlik başlasa... - General

Rusiyanın böyük şəhərlərində səfərbərlik Putin rejimi üçün problemlər yarada bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib. Onun sözlərinə görə, gec-tez Rusiya Moskva və Sankt-Peterburqdan gəncləri orduya cəlb etməyə başlamalı olacaq: "Ruslar yeni ehtiyatlar formalaşdırmaqla hücum tempini saxlamağa çalışırlar". Hoces hesab edir ki, Ukrayna Rusiya artilleriyasını, qərargahını və logistikasını məhv edə bilsə, rusların əsas taktikası öz mənasını tamamilə itirəcək: "Axı ordunun effektivliyini təmin edən logistika, artilleriya, aviabazalar və təyyarələrdir. Ona görə də Ukrayna bu əsas elementləri zəiflətməyi və ya məhv etməyi bacararsa, Rusiya mütləq öz taktikasını dəyişməli olacaq".

Putinlə Kadırovun münasibəti pisləşdi - Rusiyada panika

Çeçenistan rəhbəri Ramzan Kadırov üç rusiyalı siyasətçini öz həyatına qəsddə ittiham edib, onlara qarşı “qan davası” elan edib. Sozcu.az xəbər verir ki, bunu tanınmış publisist və rusiyalı müxalifətçi Rostislav Murzaqulov deyib. O, Kreml rəhbəri ilə Kadırov arasında münasibətlərin pisləşməkdə davam etdiyini vurğulayıb. Bundan başqa, Murzaqulov əlavə edib ki, əgər əvvəllər Çeçenistan rəhbəri Rusiya Federasiyasında ikinci ən nüfuzlu şəxs hesab olunurdusa, indi o, “birinci vəzifəyə” qoyulur. "İndi Rusiyada panika var. “Kvadrat gözlü” insanlar Kreml dəhlizlərində gəzirlər, çünki bunun sonun başlanğıcı olduğunu başa düşürlər. Bu vəziyyətdən çıxış yolu yoxdur", - o qeyd edib. Bildirilib ki, iki rus “hökmdarı” arasında vəziyyət “Wildberries” şirkəti ilə bağlı vəziyyətdən sonra pisləşib, buna görə Kadırov milyarder, Dağıstandan olan senator Süleyman Kərimova qarşı “qan davası” elan edib. Murzaqulov əlavə edib ki, Putin Kadırova bu şirkətə nəzarəti “vəd etməyə” cəhd edə bilər, lakin digər Kreml rəsmilərinin bu, xoşuna gəlməyəcək.

Rusiyanın Su-34 qırıcısı vuruldu

Rusiya ordusunun Su-34 qırıcısı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Təyyarənin harada vurulması ilə bağlı məlumat verilməyib. Ukraynalı deputat Yuri Mısyaqin bildirib ki, Su-34-ün heyəti də ölüb.

İranda təyyarələrə bu əşyaları gətirmək qadağan edildi

Mobil telefonlar istisna olmaqla, təyyarəyə hər hansı elektron rabitə vasitələrinin gətirilməsi qadağan edilib. Sozcu.az xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının rəsmisi Cəfər Yazərlu deyib. “Mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində hər hansı elektron rabitə vasitələrini həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda aparmaq qadağandır”, - Yazərlu bildirib.

Mingəçevirdə kişi döyülərək öldürüldü - Oğlu saxlanıldı

Mingəçevirdə kişi öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. vakansiya 2023 Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.