Oktyabrın 12-də Rusiyanın itirdiyi Su-34 qırıcısı F-16 ilə vurulmuş ola bilər.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, rusiyalı məşhur hərbi müxbirlərdən biri qırıcının Ukraynanın fəaliyyəti ilə bağlı olmadığını, texniki çatışmazlıq və ya pilot səhvindən qəzaya uğradığını yazıb:
“Lakin Hava Desant Qüvvələrinin zabitləri və Rusiyanın “Dnepr” qruplaşmasının üzvlərinin işlətdiyi Teleqram kanalı təsdiq edir ki, Su-34 F-16 qırıcısı ilə vurulub. Kanal bildirib ki, Su-34 cəbhənin 50 kilometrliyində FAB bombası atarkən vurulub”.