İranda 48 nəfər saxta spirtdən ölüb - Yüzlərlə zəhərlənən var

İranda 48 nəfər tərkibində metil spirti olan saxta spirtdən zəhərlənərək ölüb.

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mazanderan, Gilyan, Həmədan və Zəncan əyalətlərində baş verib. Yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazanderanda 21, Gilyanda 15, Həmədanda 11 və Zəncanda 1 nəfər ölüb.

Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib.

Yerli hakimiyyət orqanları saxta spirt istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb.

Görülən tədbirlərə baxmayaraq, faciənin miqyası çox böyük olub.

Share on Facebook