Rusiyanın böyük şəhərlərində səfərbərlik Putin rejimi üçün problemlər yarada bilər.
Sozcu.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib.
Onun sözlərinə görə, gec-tez Rusiya Moskva və Sankt-Peterburqdan gəncləri orduya cəlb etməyə başlamalı olacaq:
"Ruslar yeni ehtiyatlar formalaşdırmaqla hücum tempini saxlamağa çalışırlar".
Hoces hesab edir ki, Ukrayna Rusiya artilleriyasını, qərargahını və logistikasını məhv edə bilsə, rusların əsas taktikası öz mənasını tamamilə itirəcək:
"Axı ordunun effektivliyini təmin edən logistika, artilleriya, aviabazalar və təyyarələrdir. Ona görə də Ukrayna bu əsas elementləri zəiflətməyi və ya məhv etməyi bacararsa, Rusiya mütləq öz taktikasını dəyişməli olacaq".