Ermənistan Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə artıq cavab verib.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz bazar ertəsi sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində daha konstruktiv şəraitdə işləyirlər və bu məsələyə dair nikbindir.
“Sülh müqaviləsi layihəsində hələ də bir-iki ifadə, maddə var ki, onun ətrafında iş əvvəlki dövrlə müqayisədə intensiv şəkildə, hətta deyərdim ki, daha konstruktiv atmosferdə davam edir. Biz həqiqətən də, sülh müqaviləsinin nəhayət razılaşdırılmış mətninə çox yaxınıq”, - deyə Ararat Mirzoyan bildirib.