Rusiyanın itkiləri 670 mini ötdü

Ukrayna müharibənin 964-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 670 190 hərbçi, 8 975 ədəd tank, 17 895 ədəd zirehli döyüş maşını, 19 421 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 622 ədəd avtomobil texnikası, 17 009 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 437 xüsusi avadanlıq itirib.

Share on Facebook