Ukrayna NATO-nun 33-cü üzvü olacaq - Rutte

Ukrayna gələcəkdə NATO-ya 33-cü və ya 34-cü üzv kimi qoşulacaq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. “Hazırda Ukrayna 33-cü üzv kimi görünür. Amma bəlkə də qarşılarına başqa biri çıxacaq. Lakin Ukrayna gələcəkdə NATO üzvü olacaq. Vaşinqtonda belə qərar verdik”, - Rutte bildirib.

"Skay Nyus" təsdiqlədi: Sinvar öldürülüb!

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “Skay Nyus Arabia” adı açıqlanmayan mənbəyə istinadən məlumat paylaşıb. Qeyd edək ki, bundan öncə Y.Sinvarın öldüyünü əks etdirən fotolar yayılmışdı.

Qəbələdə qadın övladı ilə birgə itkin düşdü

Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Onun əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır. Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Niderland Ukrayna üçün 271 milyon avro ayıracaq

Niderland Ukraynanı artilleriya mərmiləri ilə təchiz etmək üçün 271 milyon avro ayırmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə X-də Niderland baş naziri Dik Sxof məlumat verib. Onun sözlərinə görə, bir il əvvəl ölkəsi Danimarka və Çexiya ilə birlikdə Ukraynaya sursat tədarükü üzrə birgə layihənin təşəbbüskarı olub.

İrana çağırış edildi: İşğaldan əl çək!

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Brliyi İranı körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə adı çəkilən qurumların birgə bəyanatında deyilib. Bəyanatda İranın bu adalara nəzarət etməsi Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünün və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin pozulması adlandırılıb. Qeyd edək ki, bundan əvvəl İranın tərəfdaşları - Rusiya və Çin də adı çəkilən adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildiriblər.

Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də gizir İntiqam Bayram oğlu Əsgərlidir. İntiqam Əsgərli  16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub. İntiqam Əsgərli  1997-ci ildə S. Hacıyev adına Viləş kənd tam orta məktəbinin birinci sinfinə gedib. 2008-ci ildə həmin məktəbdən məzun olan İntiqam Əsgərli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının “Gizirlik” kursunu bitirən İntiqam Əsgərli  2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb. İntiqam Əsgərli  2015-ci ildə isə Türkiyədə kəşfiyyat kursunu bitirib. İntiqam Əsgərli  2016-cı il aprel döyüşlərinin də iştirakşısı olub. Həmin hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin giziri olan İntiqam Əsgərli Talış kəndi istiqamətində döyüşüb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin əməliyyatda İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərli şəhid olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb. İntiqam Əsgərli qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun da nəşinin çıxarılmasında iştirak edib.  Xidmət dövründə fərqləndiyinə görə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.  2020-ci il 27 sentyabrda Ermənistanın növbəti təxribatının qarşısının alınması üçün Vətən Müharibəsi başlayanda İntiqam Əsgərli də ön cəbhədə olub. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və şəhid qardaşının qisasını düşməndən almaq olan İntiqam Şuşayadək döyüş yolu keçib. İntiqam Əsgərli Şuşa şəhərinin azad edilməsində də iştirak edib. Son döyüşü də elə Şuşada olub.  İntiqam Əsgərli Şuşanın azad edilməsindən 1 gün sonra - 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Masallı rayon  Viləş kənd məzarlığında dəfn edilib. İntiqam Əsgərli ailəli idi, ölümündən əvvəl Nur adlı qızı, ölümündən sonra öz adını daşıyan İntiqam adlı oğlu doğulub.  Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Bayram oğlu Əsgərliyə məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İntiqam Əsgərliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.  Bundan başqa İntiqam Əsgərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adının əbədiləşdirilməsi üçün də tədbirlər görülüb. Belə ki, 2021-ci ildə Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adı verilib. Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Mbappe 6 ilədək həbs oluna bilər

"Real"ın hücumçusu Kilian Mbappe İsveç qanunlarına görə 6 ilə qədər həbs cəzası ala bilər. Sozcu.az xəbər verir ki, u barədə "Cerfia" məlumat yayıb. Bu cəza ittiham tərəfi fransalı forvardın təcazvüzdə günahkar olduğunu sübut edəcəyi təqdirdə baş verəcək. Qeyd olunur ki, Mbappenin adı faktiki olaraq işdə şübhəli şəxs kimi keçir. Daha əvvəl məlum olmuşdu ki, İsveç polisi Mbappenin təqsirləndirildiyi təcavüz işi ilə bağlı araşdırmaya başlayıb.

Milli fəallara qarşı hökm oxunub

8 aydan çoxdur Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların məhkməsi olub və onların bir neçəsi barədə həbs qərarı çıxarılıb. Bu barədə yerli insan haqları fəalları məlumat yayıb. Bildirilib ki, Araz Amani, Ayaz Seyfxah və Baqir Hacizadəyə qarşı casusluq ittihamı irəli sürülb və hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Bununla yanaşı adı çəkilən fəalların hər biri "milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq" ittihamına görə daha 5 il həbs cəzasına məhkum ediliblər.  "Milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq"da günahlandırılan başqa milli fəal  Hüseyn Piri barədə də 5 il həbs qərarı verilib. Kamal Nuri isə 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib və 1 il qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib. Məhkəməniin digər məhbus fəallar Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarı hələlik bildirilməyib. Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər. Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.GünazTV

Qəbələ sakini faciəvi şəkildə öldü

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, Qəmərvan kənd sakini Rövşən Ağamurad oğlu Ağasıyev oktybarın 16-da bağ sahəsində meyvə yığan zaman su quyusunun yuxarı hissəsində olan mildən asılı qalaraq boğulub. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 675 minə yaxınlaşır

Ukrayna müharibənin 967-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 674 270 hərbçi, 9 014 ədəd tank, 18 002 ədəd zirehli döyüş maşını, 19 510 ədəd artilleriya sistemi, 1 232 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 815 ədəd avtomobil texnikası, 17 104 ədəd PUA, 2 620 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 446 xüsusi avadanlıq itirib.

Türkiyədə zəlzələ 555 binaya ziyan vurdu

Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 binaya ziyan dəyib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murad Kurum məlumat yayıb. Nazir bildirib ki, zəlzələ nəticəsində Elazığda 20 binaya ağır, 517 binaya isə yüngül ziyan dəyib: “Eyni zamanda Malatyada da 18 bina yüngül zərər görüb”. Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.

Şərab zavodunda baş verən yanğın lokallaşdırıldı

09:55 Tovuzda yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Şəhərdə yerləşən şərab zavodunda anidən yanğın olub. Hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu Şəmkir, Ağstafa və Qazax rayonlarından yanğınsöndürən avtomobillər və canlı qüvvələri cəlb olunub. Yanğının söndürlüməsi istiqamtində işlər gedir. *** Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. *** Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb. Rayonun Qovlar şəhərindəki keçmiş Şərab Zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb. Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb. Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

Bizə nəyi təbliğ edirlər? - Millət kimi yox ola bilərik!

Azərbaycanda boşanmaların sayı son illər 50 faizə yaxınlaşıb ki, bu da rekord sayıla bilər. Bu, artıq konkret şəkildə tam bir faciə, cəmiyyətin mənəvi cəhətdən çökməsi, ortalığın sahibsiz, yetim uşaqlarla doldurulması və ailə institutlarının dağılması deməkdır. Bu sözləri Axar.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ölkəmizdə boşanma və evlənənlərin sayı haqda son statistikaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son illər cəmiyyətdə boşanma adi hal alıb: “Nəinki boşanmalar artır, buna paralel olaraq evlənənlərin, uşaq doğumunun da sayı azalır. Bunlar isə aparılan mənəvi-psixoloji təbliğatın nəticəsidir. Gənclərə karyera, biznes kimi təbliğatlar aşılayaraq, onları gec evlənməyə vadar edirlər. Müasirlik adı altında televiziya, internet, seriallar təbliğatlar aparır və eləcə də bəzi psixoloq, sosioloqlar, məşhur müğənnilər ailə institutlarımıza qarşı göz-görə görə mənəvi terror aktı törədir. Bu, dəhşətli bir tendensiyadır. Bu prosesin qarşısı alınmasa, bir müddətdən sonra millət olaraq yoxa çıxacağıq”. Ekspertin sözlərinə görə, bu məsələdə sosial-iqtisadi problemlərin rolu daha çox qabardılır, lakin əsas problem mənəvi-psixolojidir: “Düzdür, sosial-iqtisadi səbəblər də az rol oynamır. İndiki dövrdə gənclərin iş tapması, ev alması çox çətindir. Gəncləri evlənməkdən bu problemlər çəkindirir. Amma əsas səbəb bu deyil. Boşanmalar maddi rifahı yüksək olan ölkələrdə daha çoxdur, nəinki yoxsul ölkələrdə. Azərbaycanın ağır sosial-iqtisadi dövrlərində boşanmalar minimum səviyyədə idi. Yəni sosial səbəbləri şişirdib, problemi bu istiqamətə yönləndirmək lazım deyil. Bizdə boşanma və evlənmələrdə, uşaq sayının azalmasında sosial-iqtisadi problemlərin payı 20, mənəvi-psixoloji vəziyyətin payı 80 faizdir. Dünyada ən az boşanma Hindistandadır, heç bir faizə çatmır. Orada yaşayan insanların çoxu yoxsuldur. Hindistanda, görünür, mənəvi baza o qədər güclüdür ki, heç bir sosial problem ailənin dağılmasına gətirib çıxarmır. Azərbaycanda hamı milyonçu kimi yaşamaq istəyir. Belə bir şey dünyanın heç bir ölkəsində yoxdur”. Qeyd edək ki, rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-avqust ayları ərzində 30.788 nikah və 14.248 boşanma halı qeydə alınıb. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. DSMF rəsmisi bildirib ki, əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək. "Hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib.

"Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib" - Mübariz İbrahimovun əmisi

"Qardaşımı Əliabad qəbirstanlığında dəfn etdik. Heç bir xəstəliyi yox idi. Təkcə 2019-cu ildə ürəyindən əməliyyat keçirmişdi. Səhər tezdən qəfil halı pisləşib, oğlu xəstəxanaya aparıb. Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib. Həkimlər deyir ki, qəfil qan aşağı düşüb". Bunu Moderator.az-a açıqlamasında Ağakərim İbrahimovun qardaşı Böyükağa İbrahimov deyib.  "Mən onun böyük qardaşı idim. 5 qardaş, 3 bacı idik. 2 qardaşım rəhmətə getdi, 3 qardaş qalmışıq. Mübariz İbrahimovun anasının da səhhətində problemlər yaranıb. Dəfndən sonra halı pisləşib, həkim iynə-dərman edib. Yoldaşının ölümündən şok keçirib", - deyə Milli Qəhrəmanın əmisi bildirib.

Bakı həbsxanasında cəza çəkən məhbus ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.  Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.  Orada cəza çəkən məhkum Qazıyev Məhəmməd Nəbi oğlu dünyasını dəyişib.    Onun xəstəlikdən öldüyü bildirilir. (lent.az)

ŞOK: Azərbaycanda ər içib arvadını diri-diri torpağa basdırdı

Azərbaycanda 4 uşaq anası diri-diri torpağa basdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə teleaparıcı Lalə Azərtaş bildirib. O, sosial şəbəkədə Səyyarə adlı qadının faciəsini bölüşüb. Qadının sözlərinə görə, əri çox içdiyindən tez-tez evdə münaqişə yaradıb, onu döyərək, diri-diri torpağa basdırıb: “Uşaqların gözü önündə məni sürüdü, boğdu və quma basdırıb üstümü örtərək, ölməyimi gözlədi. Yaxşı ki, qonşu gəlin arxdan su götürəndə, səsimi eşitdi və məni xilas etməyə gəldilər. Sonradan uşağımın biri çayda boğulub öldü”.bakupost)

Ukrayna faktiki olaraq üç ölkə ilə döyüşür - Zelenski

Ukrayna faktiki olaraq üç ölkə ilə - Rusiya, İran və Şimali Koreya ilə döyüşür. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Kəşfiyyatımız təkcə Şimali Koreyadan Rusiyaya silah ötürülməsini deyil, həm də insanların göndərilməsini qeydə alır”, - Zelenski bildirib.

Mübariz İbrahimovun atasının ölüm səbəbi açıqlandı - Rəsmi

Milli Qəhrəman Mübariz İbrahimovun atasına dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Bu barədə Sozcu.az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb: "Oktyabrın 16-sı saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb".

"KapitalBank" şəhid atasını məhkəməyə verdi - Hakim cəza kəsdi - VİDEO

Şəhid atası Mənəfov Azad Mursel oğlu “Kapital Bank”dan şikayətçidir. O iddia edir ki, ödəyə bilmədiyi kredit səbəbindən bank onu məhkəməyə verib. Qax rayon Məhkəməsinin hakimi Taleh Kərimov isə onun kreditin ödənməmiş hissəsini faizi və komissiya haqqı ilə birlikdə ödəməsi ilə bağlı qərar çıxarıb. Azad Mənəfov Bakupost/az -a deyib ki, maddi vəziyyətində, iş yerində sıxıntılar başalayana qədər borcu vaxtı-vaxtında ödəyib: ““Kapital Bank”dan 3500 manat krtedit götürdüm. Faizi ilə birlikdə 5200 manat ödəməli idim. Hazırda təxminən 2600 manat borcum qalıb. Sıxıntılara düşdüm, çətinliklər çəkdim, ödəyə bilmədim. Fəhlə işləyirəm, bir gün iş olur, beş gün olmur. Vaxtlı-vaxtında ödəyə bilmirəm deyə “Kapital Bank” məni məhkəməyə verib”. Şikayətlə bağlı “Kapital Bank”la əlaqə saxladıq. Məsələni araşdırıb cavab verəcəklərini dedilər. Qeyd edək ki, Azad Mənəfovun oğlu Nicat Mənəfov Vətən Müharibəsinin iştirakçısıdır. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ətraflı BTV-nin süjetində:

Azərbaycanda toy günü BƏY ADAM ÖLDÜRDÜ - Məclis dayandırıldı

Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb. Oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var. Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb. vakansiya 2023 Parol.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb. Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.

Küləkli havaya dair 2 XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində oktyabrın 17-si gündüzdən 19-u gündüzədək küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib. Sozcu.az xəbər verir ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur. 

Türkiyədə şiddətli zəlzələ: 3 bina qismən çökdü

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında bildirib. O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb. Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur. A.Yerliqayanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

Mübariz İbrahimovun atası vəfat etdi

11:35 Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun səhhətində ciddi problemlər yaranıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, o, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. *** Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. Bu barədə APA-ya Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib. Onun bu gün vəfat etdiyi vurğulanıb.