"Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib" - Mübariz İbrahimovun əmisi

"Qardaşımı Əliabad qəbirstanlığında dəfn etdik. Heç bir xəstəliyi yox idi. Təkcə 2019-cu ildə ürəyindən əməliyyat keçirmişdi. Səhər tezdən qəfil halı pisləşib, oğlu xəstəxanaya aparıb. Öz ayaqları ilə getdiyi xəstəxanada keçinib. Həkimlər deyir ki, qəfil qan aşağı düşüb".

Bunu Moderator.az-a açıqlamasında Ağakərim İbrahimovun qardaşı Böyükağa İbrahimov deyib. 

"Mən onun böyük qardaşı idim. 5 qardaş, 3 bacı idik. 2 qardaşım rəhmətə getdi, 3 qardaş qalmışıq. Mübariz İbrahimovun anasının da səhhətində problemlər yaranıb. Dəfndən sonra halı pisləşib, həkim iynə-dərman edib. Yoldaşının ölümündən şok keçirib", - deyə Milli Qəhrəmanın əmisi bildirib.

Share on Facebook