Valideynlər uşaqlarının əcəlini belə gətirir - TƏHLÜKƏ VAR!

Son vaxtlar sürücülük vəsiqəsi olmayan və azyaşlı “sürücülərin” iştirakı ilə baş verən qəzaların sayı xeyli artıb. Bir çox hallarda valideynlərinin icazəsi olmadan, hətta bəzən valideynlərin razılığı ilə avtomobil idarə edən uşaqlar və yeniyetmələr praktiki sürücülük vərdişlərinin yetərincə olmaması səbəbindən qəza törədirlər. 

Ölkəmizdə maşın sürməyin, avtomobil sahibi olmağın xüsusi dəyər daşıması çoxlarına məlumdur. Lakin belə hallar təkcə qanunsuz formada nəqliyyat vasitəsi idarə edən şəxslərin deyil, eyni zamanda bir çox insanın da həyatı üçün ciddi təhlükə yaradır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, onsuz da qanunsuz olan bu kimi halların iri şəhərlərdə baş verməsi ciddi təhlükələrə səbəb olur:  vakansiya

“Sürücülük vəsiqəsi olmayan şəxslərin, xüsusən azyaşlıların nəqliyyat vasitələrini idarə etməsi qəti qadağandır. Ələlxüsus da iri şəhərlərdə bu birmənalı şəkildə yolverilməzdir. Ayağı pedallara çatmayan, sükan mexanizminə uyğun olmayan uşaqlar maşın idarə edən zaman, hər saniyə qəza riski yarada bilər. Yaxşı olar ki, valideynlər uşaqlarda avtomobil sürməyi və praktiki vərdişləri artırmaq üçün şəhərdənkənar bir məkan seçsinlər. 

Ekspertin fikrincə, azyaşlılar sürücülük vərdişlərini insanların olmadığı, daha açıq ərazilərdə icra etməlidir: 

“Təbii ki, azyaşlı olsa belə, onu avtomobil idarə etməkdən tamamilə təcrid etmək olmaz. Amma öyrənmək üçün uyğun məkanlar seçilməlidir. Belə təcrübələrin yeri şəhər mərkəzi deyil. Bu cür yanlış addımların nəticəsi bədbəxt hadisələrlə müşayiət olunan qəzalar olur. Sürücülük vəsiqəsinin əldə edilməsi üçün standart yaş nəzərdə tutulub. Hər kəs vaxtı çatanda bu vəsiqəni ala və nəqliyyat vasitəsini idarə edə bilər”. 

Share on Facebook