Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Sozcu.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib. Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir. Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib.

Qəzza zolağında döyüşlər daha iki ay DAVAM EDƏCƏK

Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək. Sozcu.az İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Qəzzanın daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək. “Kan”ın məlumatına görə, İsrail oktyabrın 7-də radikallar tərəfindən oğurlanmış və sektorda saxlanılan girovların azad edilməsi üçün bu iki ay ərzində əlavə danışıqlar aparmağa çalışmağa davam edəcək. Radiostansiya diqqətə çatdırıb ki, qarşıdakı iki ay ərzində İsrail bəzi Qəzza sakinlərinə evlərinə qayıtmağa icazə verəcək, çünki “bu, ABŞ-nin tələbidir” və eyni zamanda “əməliyyat zərurətinə” uyğun gəlir.

Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Türk ordusundan irimiqyaslı əməliyyat – Hədəflər vuruldu

Türkiyədə terror təşkilatının qış üçün yenidən qurulması ilə bağlı 12 vilayətdə silahlı qüvvələr “Kahramanlar-33” əməliyyatı həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya danışıb. Məlumata görə, əməliyyatda 78 sığınacaq sahəsi məhv edilib.

ABŞ F-16-nı 5-ci nəsil qırıcısı etdi

ABŞ-ın Blok 70\72 F-16 dördüncü nəsil qırıcısı yeni radar sayəsində 5-ci nəsil qırıcının xüsusiyyətlərini əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Neşnl İnterest” nəşri məlumat yayıb. “Təkmilləşdirilmiş F-16 Blok 70 və Blok 72 eyni avadanlıq dəstini alıb və yalnız mühərrikdə fərqlənirlər. Birinci versiya “General Electric F110” enerji bloku, Blok 72 isə “Pratt & Vhitney F100” mühərrikləri ilə təchiz edilib. Blok 70\72 təyyarələri F-16-nın əvvəlki versiyalarından yüksək ayırdetmə qabiliyyətinə malik əsas displeyə malik modernləşdirilmiş kokpit, genişləndirilmiş silah dəsti və uyğun yanacaq çənlərinin olması ilə fərqlənir. Bundan əlavə, təyyarədə aktiv fazalı “AN/APG-83 Scalable Agile Beam Radar” antenası var”, - nəşr bildirib.

Rusiyanın itkiləri 339 mnə yaxınlaşır

Ukrayna müharibənin 655-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 338 820 hərbçi, 5 636 ədəd tank, 10 529 ədəd zirehli döyüş maşını, 8064 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 623 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 162 xüsusi avadanlıq itirib.

Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta...

Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta başqa məsələlər də var. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Nəhayət razılaşdırılmamış başqa məqamlar da var və düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq. Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır. Son versiya budur ki, Ermənistan təkliflərə cavab verib və hesab edirəm ki, o, bəzi məsələləri həll edir”, - o bildirib. Qriqoryan “Ermənistan” fraksiyasından olan deputat Geqam Manukyanın təkliflərin Ermənistan üçün çox pis nəticələr verəcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, o, pis nəticələr verəcəyini düşünmür və ümumilikdə sülh müqaviləsi Ermənistanın maraqlarını əks etdirir. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər.

Toyda dava düşüb, bıçaqlananlar var - YENİLƏNDİ

Gəncədə toyda bıçaqlan şəxslərin sayı üçə çatıb. Bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. APA *** 12-09/22:41 Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyərlərinin kafi oldu bildirilir. Məlumata görə hər iki şəxs toyda dava zamanı bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. APA

Şok mesaj: -380 dərəcə şaxta xəbərdarlığı edildi

Qazaxıstanın şimal vilayətlərinin sakinlərinə bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən xəbərdarlıq SMS-i gəlib. Sozcu.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Belə ki, SMS-də -38 dərəcə əvəzinə -380 °C şaxta olduğu qeyd edilib: “Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”.

Bakıda azyaşlı qız dəm qazından boğularaq ölüb

Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb. Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb. Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Ölümün dəqiq hansı şəraitdə baş verdiyi araşdırılır.

Valeybolçular prezidentə videomüraciət etdilər

“Xarı Bülbül ŞuŞa” və “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli voleybolçuları prezident İlham Əliyevə videomüraciət ediblər. Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı Avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül Şuşa” və Azərbaycan milli komandası üçün ehtiyyat qüvvə yetişdirmək məqsədi ilə qurulan “Xarı Bülbül Laçın” komandalarının əcnəbi və yerli oyunçuları, texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan qurtulmaq üçün ölkə başçısı, Ali Baş Komandan, cənab İlham Əliyevə videomüraciət ünvanlamışdır. Azərbaycanı, Bakını, buranın mədəniyyətini, tarixini, insanlarını və onlara olan münasibəti çox sevdiklərini söyləyən heyət üzvləri bizim üçün dəyərli olan simvolların adını daşıyan bu möhtəşəm layihənin daha da yüksəklərə ucalması üçün ölkə rəhbərliyinin dəstəyinə ehtiyacı olduğunu bildirmiş və gələcəklərini Azərbaycanla bağlamaqdan qürur duyduqlarını söyləmişdir. Sozcu.az sözügedən videomüraciəti sizlərə təqdim edir:

Müsavat Partiyası seçki müzakirələrinə başladı

Bu gün Müsavat Partiyasının rayon təşkilatı sədrləri və bir qrup fəalının partiya başqanı Arif Hacılı ilə görüşü keçirilib. Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Partiya strukturlarına bu müzakirələrin davam etdirilməsi tapşırılıb. Qeyd edək ki, bir gün əvvəl Müsavatın Divanı növbədənkənar seçki ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən siyasi məhbusların dərhal azad olunması və ölkədə demokratik seçki mühitinin yaradılması tələb edilir.

Bank kartlarından oğurluq edənlər tutuldu

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Qeyd edilib ki, onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Rusiya sərhədləri yaxınlığında yeni nüvə dövləti - ŞOK TƏKLİF

Yaponiya qonşu ölkələri çəkindirmək üçün öz nüvə silahını inkişaf etdirməlidir. Sozcu.az xəbər verir ki, bu barədə “The New York Times”ın keçmiş redaktoru Barri Geven “The National Interest” jurnalında dərc olunan məqaləsində bildirib. "Yaponiyanın qlobal sülh hərəkatında lider kimi mövqeyi əlçatmazdır. Yaponiya nüvə silahı hazırlamalıdır", - deyə jurnalist bildirib. Onun sözlərinə görə, ABŞ-ın təcridçilik ənənələrinə qayıtması səbəbindən Tokio Amerikanın “nüvə çətirini” dəyişdirmək barədə düşünməlidir. Jurnalist qeyd edib ki, Vaşinqton müttəfiqlərini qorumaq üçün şəhərlərini təhlükəyə atmağa razı olmayacaq. Köşə yazarı əlavə edib ki, Yaponiya öz nüvə imkanlarından Rusiya, Şimali Koreya və Çini çəkindirmək üçün istifadə edə bilər.

10-cu sinif şagirdi bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. Sozcu.az xəbər verir ki, APA-nın məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb. Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

Ağ evdən Putinin namizədliyinə ironiya: şiddətli kampaniya olacaq

Amerika rəsmiləri 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyinin irəli sürülməsi xəbərinə ironik reaksiya verib və gözlənilən nəticənin artıq bəlli olduğunu qeyd edib. Sozcu.az xəbər verir ki, Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi istehza ilə deyib: “Putinin namizədliyi irəli sürülübsə, bu, çox güman ki, şiddətli seçki kampaniyası olacaq, elə deyilmi?”. Con Kirbi ABŞ Prezidentinin xidməti təyyarəsində jurnalistlərlə söhbət zamanı daha ətraflı şərh verməkdən imtina edib və bildirib ki, hazırda deyəcək başqa heç nə yoxdur. Xarici mətbuat yazır ki, Putinin 2024-cü il prezident seçkilərində qələbəsi demək olar ki, təmin olunub, çünki onun ciddi rəqibi olmayacaq.

Yeni ildə 7 gün iş olmayacaq - Tarixlər

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Sozcu.az -ın xəbərinə görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Bakıda ana övladını taksidə qoyaraq qaçdı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın övladını taksidə qoyaraq qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır: “Məsələdən məlumatlıyıq, araşdırmalara başlanılıb”. 04:12 Bakıda ana övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. “Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır”, - deyə M.Zeynalova qeyd edib.

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Prezidentin daha bir Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Əgər sülh sazişi imzalanmasa... - Prezident

Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib. “Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Avronyus”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb”, - ölkə başçısı vurğulayıb. Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Bir sözlə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü

Saat 00:00 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində dünyasını dəyişib. ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb: “Piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır. Qış mövsümünün başlanmasını nəzərə alaraq bir daha piyadalara səslənirik: Dəmir yolu xətlərini müəyyən olunmuş piyada keçidlərindən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün dəmir yolunu keçərkən ondan istifadə etməkdən çəkinin, qəflətən qatarın yoluna çıxmayın”.

Paşinyan sabah sərhədimizə gələcək

Nikol Paşinyan Su Patrul Xidmətinin fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etmək üçün sabah Göyçə gölünə yola düşəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Qeyd edilib ki, bu ildən Göyçə gölündə Su Patrul Xidməti fəaliyyət göstərəcək. Yeni yaradılan bölmə Ermənistan Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin Göyçə bölməsinin nəzdində fəaliyyət göstərəcək.

“Sülh sazişində bu iki məsələ yer almayacaq” – Fərid Şəfiyev

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da Azərbaycanla təmasların bərpa edilməsinə razılıq verib. Rəsmi Bakının da Vaşinqton danışıqlarına razı olduğu deyilir. Həmçinin Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ-da görüşünün planlaşdırıldığına dair məlumatları var. Azərbaycan və Ermənistan arasında vasitəçisiz görüşün keçirilməsi, son olaraq birgə bəyanatın yayılması, əsirlərin dəyişdirilməsi kimi müsbət addımlardan sonra Vaşinqton görüşünün gündəmə gəlməsi müzakirələrə səbəb olub. Artıq sülhə doğru irəli bir addımın da atıldığı, müqavilənin yaxın günlərdə imzalana biləcəyinə dair iddialar gündəmə gəlir. Sülh danışıqları Vaşinqton masasına qayıdır? Bu görüşdən gözləntilər nələrdir? Sülh müqaviləsi Vaşinqtonda imzalana bilərmi? Mövzu ilə bağlı Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı və İrəvan rəsmiləri arasında ilk görüşün başqa məkanda keçirilə biləcəyini deyib: “Vaşinton masasında hər hansı sənədin imzalanacağına inanmıram. Bu istiqamətdə müxtəlif platformalar arasında ciddi rəqabətin olduğunu görürük. Bir platformada hansısa irəliləyiş olanda, razılaşma əldə ediləndə digər tərəflər bunu qısqanclıqla qarşılayır. Görünən odur ki, Qərb platforması yenidən gündəmdədir. Səhv etmirəmsə, tərəflər arasında ilk görüş Brüsseldə olacaq. Lakin Vaşinqtonda da keçirilə bilər”. F.Şəfiyev Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsinin mümkün görünmədiyini bildirib: “Sülh müqaviləsinin şərtləri ilə bağlı Bakı ilə İrəvan arasında müəyyən fikir ayrılığı var. Prezident İlham Əliyev də ötən günlərdə bu barədə məlumat vermişdi. Biz ermənilərin Qarabağa, azərbaycanlıların Qərbi Azərbaycan ərazilərinə qayıdışı məsələsinə qarşılıqlı prinsip əsasında yanaşırıq. Ermənistan parlamentinin spikeri Alen Simonyan elə erməni stilində qeyd etdi ki, azərbaycanlıların Ermənistana qayıdışı qeyri-konstruktivdir. Mən düşünürəm ki, ümumiyyətlə sülh sazişində Qarabağdan köçən şəxslərin geri qaytarılması məsələsi öz əskini tapmayacaq. Çünki biz bu prosesin birtərəfli şəkildə həyata keçirilməsinə razı olmayacağıq. Belə görünür, ermənilər də azərbaycanlıların Ermənistan ərazisinə qayıtmasını qəbul etməyəcək”.

Sənədsiz evlərlə bağlı şokedici iddia: Başqa ünvanla...

Bu il oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz evlər elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar əmlak bazarına öz təsirini göstərib. Alqı-satqı edənlər arasında çaşqınlıq yaranıb. “Cebhe.info” əmlak bazarını araşdırdıqda, məlum olub ki, yarıtikili evlərdə qiymətlər aşağı düşüb. Sənədi olan evlərdə də alıcı qıtlığından qiymətlərdə azalma olduğunu deyən “maklerlər” var. Adının çəkilməsini istəməyən “makler” bildirib ki, sənədsiz yarıtikili evlərə bəzi kommunal xidmətlərin verilməsində qanundankənar yollar axtarılır: "Qanunla həmin evlərə kommunal xidmət göstərilməsə də, bunun da çarəsini axtarırlar. Bəzən kimlərsə riskə gedib müəyyən razılaşma ilə başqa ünvanlara aid abonent kodunu aktivləşdirib yeni ünvanlara verməyə cəhd edir. Alınmasa belə, ilkin cəhdlər edilir. Amma nail ola bilmirlər”. Vasitəçi bazardakı son durumu acınacaqlı hesab edir: "Bazarda son bir ayda çox durğunluq var . Bir aydır ki, ev satmaq olmur, evin hər bir sənədi olsa belə satılmır. Hər kəs zəng edir, məlumat almaq istəyir. Bu qərardan sonra əhalinin əmlak bazarına maraqı azalıb. İnsanlar bilmir nə etsin, necə etsin. Çünki bələdiyyə sənədi olan evlər çoxluq təşkil edir. Qəbul edilmiş son qərardan sonra elə evlərə də maraq çox azalıb. Alıcılar daha çox sənədli evlərə üstünlük verirlər. Onun da qiyməti münasib olmadığına görə alıcısı azlıq təşkil edir". “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında bildirib ki, onun təmsil etdiyi qurumda ümumiyyətlə, belə hallar mümkün deyil. “Azərsu” ASC ancaq sənədi qanunun tələblərinə cavab verən evlərə xidmət göstərir: "Prezident Fərmanı ilə qanuna dəyişiklik edilib və 1 okyabrdan tikintiyə icazəsi olmayan evlərə suyun verilməsi qanunla qadağan olunub".